Baki – 023 Tərtibçi: Mirvari Abbas qızı İsmayılova


-ci mövzu. Akademik kommunikasiya



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix07.06.2023
ölçüsü0,75 Mb.
#126355
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
Kommunikasiya 29.12.22 (1)

 
5-ci mövzu. Akademik kommunikasiya 
 
Qloballaşmanın intensiv proses kimi cəmiyyətin bütün 
səviyyələrinə təsir edərək tənzimləməsi. Bu prosesi şərtləndirən 
başlıca amilin informasiya-kommunikasiya texnologiyalarında 
geniş 
istifadə 
olunması. 
İnformasiya-kommunikasiya 
texnologiyaları vasitəsilə həyata keçirilən tədbirlər: konfrans, 
simpozium, konqres və s. dünya elmi cəmiyyətlərinə çıxış 
imkanlarını artırması. Beynəlxalq hiper elmi məkana inteqrasiya 
edilməsi və onun vasitəsilə dünya elm məkanında gedən proseslərin 
izlənilməsi. Öz fikir və ideyalarını bölüşmək, tədqiqat işlərinlə 
bölüşmək üçün dünya elm adamları ilə “eyni dildə” danışmağı 


18 
öyrənmək. Beynəlxalq elm və təhsil məkanına inteqrasiya edərək
onun tərkib hissəsinə çevrilməyin gənc alimlər üçün əhəmiyyəti. 
Peşəkar akademik kommunikasiyanın beynəlxalq standartlara uyğun
vərdişlərinə yiyələnməyin əhəmiyyəti. Akademik kommunikasiya 
anlayışı, ona yanaşılma. Elmi kommunikasiyanın yaranma tarixi, 
yaşı, məqsəd və vəzifələri. Ali məktəblərdə tədrisində məqsəd. 
Akademik kommunikasiya vərdişlərinə yiyələnməyin şərtləri: ilkin 
şərtlər, sonrakı şərtlər, nəyə yiyələnməlidir, nəyi bacarmalıdır. Əldə 
olunan nəticələr. Akademik yazı akademik kommunikasiyanı 
reallaşdıran vasitə kimi. Dünyada elmi yazıların dərc olunması üçün 
standart yazılma formasının mənimsənilməsi. Akademik yazı 
yüksək 
yazı mədəniyyətinin göstəricisi kimi. Akademik 
kommunikasiya elmi cəmiyyətlər daxilində və ondan kənarda - 
ictimaiyyət arasında elmi ideya və nailiyyətlərin inkişaf prosesi və 
mexanizminin müxtəlif kanallarla, yol, vasitə, forma və 
kommunikasiya 
institutları 
vasitəsilə 
yayılması. 
Elmi 
kommunikasiyanın 
mərhələləri: 
1.Elmi 
kommunikasiyanın 
başlanğıc və ya daxili mərhələsi. 2.Elmi cəmiyyətlərin geniş 
auditoriya ilə qarşılıqlı əlaqəsini səciyyələndirən xarici mərhələ. 
Elmi 
kommunikasiyanın 
məqsədli 
(əyani 
auditoriyası). 
Cəmiyyətdaxili elmi kommunikasiyanın formatı: birbaşa əlaqələr – 
şəxsi söhbətlər, əyani elmi diskussiyalar, şifahi məruzələr
seminarlar; texniki vasitələrlə informasiyanın tirajlanması, elmi 
məcmuələrin referativ jurnalların və monoqrafiyaların nəşri ilə 
əlaqələr yaradılması; elmi konfranslar, konqres, simpozium, elmi-
texniki sərgilər. 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin