19
kommunikasiya kanalı kimi; prioritet elm sahələrini maliyyələşdirən
dövlət hakimiyyət orqanları;gənc beyinlər (gənc alimlər, aspirantlar,
tələbələr, şagirdlər). Müəllimin auditoriyası: həmkarlar, müəllimlər,
rəhbərlik, tələbələr. Müəllim və auditoriya arasında münasibətlərin
rəsmi və qeyri-rəsmi formaları. Müasir elmi kommunikasiyanın
əlamətləri: elmin kollektiv xarakteri, elmi məlumatların sürətli axını
və mətnin sərhədlərinin bu hiperməkanda əriməsi; biliklərin
saxlanması və ötürülməsində yeni texnologiyalar;
sosial-iqtisadi
şəraitdə alimlərin işinin dəyişməsi; akademik yazının unifikasiya
normaları. Şifahi elmi nitqin növləri: monoloji, dialoji, poliloji.
Monoloji nitqin növləri: məruzə,
elmi referativ məlumat, seminar
məşğələdə çıxış, şifahi resenziya və ya şifahi rəy, magistrantın
buraxılış işinin müdafiəsində ixtisas komissiyası qarşısında çıxışı.
Dialoji və poliloji nitqin növləri: elmi diskussiya, elmi söhbət, yazılı
elmi mətnin şifahi elmi mətn şəklində təqdimi; publik çıxış, elmi işin
nəticələrinin
elektron
təqdimaı
(prezentasiyası). Akademik
mətnlərin janrları: 1. Əsas, ilkin janrlar: məqalə, monoqrafiya,
dərslik, dissertasiya. 2. Sonrakı janrlar:
annotasiya, rezyume,
avtoreferat, tezis, resenziya. Akademik kommunikasiyanı rəsmi-
işgüzar kommunikasiyadan fərqləri: elmi mətn, rəsmi-işgüzar mətn.
7-ci mövzu. Akademik yazı və akademik yazının janrları.
Akademik yazının elmi, təhsil və pedaqoji kommunikasiyanın
yerinə yetirilməsində rolu. Dünyanın nüfuzlu elmi məcmuələrində
qəbul olunmuş akademik yazı prinsipləri. Akademik yazı (academic
writing) sisteminin, onun elmi-metodiki bazasının işlənib
hazırlanmasında ingilisdilli ölkələrin yeri.
Azərbaycan təhsilində
məsələnin qoyuluşu. Akademik yazının janrları: 1.
Elmi məqalə,
dissertasiya, akademik rəy, monoqrafiya və s. 2. Elmi layihənin
yazılışı, ensiklopedik məqalə, annotasiya və s. Elmi məqalə,
dissertasiya, monoqrafiya, resenziya, annotasiya, referat, elmi
20
diskussiya, elmi-kütləvi, yaxud elmi-publisistik janrların şərhi.
Akademik yazı üslubunun əsas xüsusiyyətləri. Sitatların rolu,
sitatlara
istinad
etmə.
Akademik
yazı
qaydalarının
mənimsənilməsinin
əhəmiyyəti. Akademik yazı
akademik
kommunikasiyanı reallaşdıran başlıca vasitədir. Akademik yazının
beynəlxalq standartlara uyğun tərtib olunması şərtləri. Akademik
yazı qaydaları yüksək yazı mədəniyyətinin göstəricisi kimi.
Beynəlxalq akademik yazı qaydaları akademik kommunikasiyanın
başlıca vasitəsi kimi beynəlxalq standartların tələblərini ödəməlidir.
Beynəlxalq standartların “ümumi dil” rolu oynaması. Beynəlxalq
yazı qaydalarının əhəmiyyəti. Akademik mətnlərin müxtəlif
janrlarına aid veriləcək mövzular: 1. Bakalavr üçün mövzular:
rezyume, rəsmi məktub, esse, publik çıxış. 2.
Magistrantlar üçün
mövzular: rəsmi məktub, publik çıxış, elmi məclislərdə məruzə,
akademik - elmi esse, qrant layihələrdə iştirak etmək üçün arayış,
məqalənin tərtibi (APA Style), plagiat və antiplagiat, ingilis və ana
dilli elmi sintaksisin səciyyəvi xüsusiyyətləri. Annotasiya.
Annotasiya nə məqsədlə istifadə olunur, annotasiyaların
işlənmə
tarixi. Rezyume. Rezyumenin səciyyəsi. Annotasiya və rezyumenin
fərqli cəhətləri, əhəmiyyəti. Giriş və nəticə, spesifik xüsusiyyətləri.
Dostları ilə paylaş: