Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022a kurs: II



Yüklə 96,31 Kb.
səhifə1/11
tarix24.12.2023
ölçüsü96,31 Kb.
#191813
  1   2   3   4   5   6   7   8   9   10   11
Aytac Yunisova Kitabxanaşünaslığa giriş


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec


Şöbə: Humanitar ixtisaslar
İxtisas: Kitabxana işi
Qrup: 022A
Kurs: II
Fənn: Kitabxanaşünaslığa giriş
Tələbə: Aytac Yunisova
Müəllim: Xəyalə İsmayılova


Sərbəst iş №
Bakı 2023

  1. Azərbaycanda kitabxanaşünaslığın inkişafı və bir elm kimi formalaşması

Müstəqillik illərində respublikamızda milli dəyərlərə söykənən kitabxanaşünaslığın bir elm kimi inkişafı sahəsində ciddi addımlar atılmış, bir çox qiymətli elmi-tədqiqat əsərləri, məqalələr, monoqrafiyalar, dərsliklər meydana çıxmış, yeni ümumbəşəri, dünya kitabxanaşünaslığına söykənən müasir kitabxanaşünaslıq formalaşmağa başlamışdır. Bu sahədə Azərbaycan kitabxanaşünaslarından milli kitabxanaşünaslığımızın banisi, Əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor A. A.Xələfovun xüsusi xidmətləri olmuşdur. Professor A.A.Xələfov müstəqillik əldə edildikdən sonra ölkədə baş verən siyasi, iqtisadi, ideoloji dəyişikliklərlə əlaqədar olaraq, dövrün tələbinə, yeni milli ideologiyaya, müvafiq olaraq kitabxanaşünaslığın elmi-nəzəri, metodoloji, fəlsəfi məsələlərini yenidən, yeni təfəkkür tərzinə, dünya kitabxanaşünaslığınının təcrübəsinə əsaslanaraq, yeni baxımdan işlədi. Prof. A.Xələfovun 1997-ci ildə çap etdirdiyi «Müasir şəraitdə Azərbaycanda kitabxana quruculuğu nəzəriyyə və təcrübəsinin, elmi əsasları» adlı məqaləsində müasir kitabxanaşünaslığın «Sosialist kitabxanaşünaslığından» fərqli cəhətləri, yeni kitabxanaşünaslığın elmi-nəzəri əsasları, metodologiyası, demokratik inkişaf istiqaməti, dünya kitabxanaşünaslığına inteqrasiyası göstərilmiş, müasir kitabxanaşünaslığın inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.
2001-2003-cü illərdə prof. A.Xələfovun öz tədqiqatlarını davam etdirməsi nəticəsində respublikanın tarixində ilk dəfə kitabxanaşünaslığın ümumi fəlsəfi məsələlərindən bəhs edən, kitabxanaşünaslıq fikrinin inkişaf tarixini, kitabxanaşünaslığın bir elmi fənn kimi meydana gəlməsini, elmi-nəzəri və metodoloji əsaslarının formalaşmasını elmi dəlillərlə ümumiləşdirən «Kitabxanaşünaslığa giriş» adlı ikicildlik dərsliyi meydana çıxdı. Bu dərslikdə müəllif «sosialist kitabxanaşünaslığının» bir çox müddəalardan cəsarətlə imtina etdi, öz yeni fikirlərini irəli sürdü. İlk növbədə uzun illər SSRİ-nin ali kitabxanaçılıq məktəblərinində əsas fənn kimi tədris edilən «Ümumi kitabxanaşünaslıq» fənninin adı dəyişdirilərək «Kitabxanaşünaslığa giriş» adlandırıldı. «Kitabxana haqqında təlim» və «Kitabxana işi haqqında təlim» yenidən işlənərək kitabxanaların yaranması, tarixi, inkişafı, təkamülü, kitabxana işinin məzmunu və vəzifələri yeni dünyagörüşü, dünya kitabxanaşünaslığının müddəaları əsasında ümumiləşdirildi. Müəllif kitabxanaşünaslığın elmi-nəzəri və metodoloji əsaslarını yenidən işləyərək, kitabxanaşünaslıq fəlsəfəsi haqqında, kitabxanaşünaslığın metodoloji əsasını dünya fəlsəfəsinin təşkil etdiyini, fəlsəfənin elmi-nəzəri müddəalarının və kateqoriyalarının kitabxanaşünaslığa tətbiqi məsələlərinə aydınlıq gətirdi.
Bütün bunlarla yanaşı 2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət və Kütləvi Kommunikasiyaları Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət və Kinomatoqrafiya üzrə Federal Agentliyi və İnformasiya üçün YUNESKO Proqramının Rusiya Komitəsi tərəfindən «Kitabxanalar biliklər aləmində (iki dilli: Azərbaycan-Rusiya Layihəsi)»1 məqalələr məcmuəsinin çap edilməsi kitabxanaşünaslığın, müasir problemlərinin öyrənilməsinə qiymətli hədiyyə olmuşdur.
Məcmuədə çap edilən məqalələr içərisində informasiya cəmiyyətində kitabxanaçıların yeri və vəzifələri əhatəli şəkildə şərh edilmiş, çox ciddi tövsiyələr hazırlanmışdır.




  1. Yüklə 96,31 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin