Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022a kurs: II


Kitabxanaların maddi- texniki bazaları



Yüklə 96,31 Kb.
səhifə7/11
tarix24.12.2023
ölçüsü96,31 Kb.
#191813
1   2   3   4   5   6   7   8   9   10   11
Aytac Yunisova Kitabxanaşünaslığa giriş

Kitabxanaların maddi- texniki bazaları

XX əsrin 70-80-ci illəri Azərbaycanın kitabxana işi tarixində mühüm əhəmiyyət kəsb edir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bu illərdə respublikamızın sosialiqtisadi və mədəni həyatının bütün sahələrində olduğu kimi kitabxana quruculuğu sahəsində də xeyli nailiyyətlər əldə edilmişdir. Bu səbəbdən Azərbaycanın kitabxana işi tarixində XX əsrin 70-80-ci illəri Heydər Əliyev mərhələsi sayıla bilər. Qeyd etmək lazımdır ki, 70-ci illərə qədərki dövrdə Azərbaycanda əhaliyə kitabxana xidmətinin vəziyyəti yüksək səviyyədə olmayıb, dövrün tələblərindən geri qalırdı. Bu gerilik özünü ilk növbədə kitabxana şəbəkəsinin düzgün yerləşdirilməməsində, kitabxanaların və xüsusən kütləvi kitabxanaların maddi-texniki bazasının zəifliyində, kitabxana fondlarının məqsədyönlü şəkildə formalaşmamasında, əhalinin kitabxana xidməti ilə lazımi səviyyədə əhatə edilməməsində, metodik təminat işinin təşkilində və s. göstərirdi. 60-cı illərdə Azərbaycanda kitabxana işinə vurulan ən ciddi zərbə 500 kənd kitabxanasının ictimai əsaslara keçmək adı ilə faktiki olaraq ləğv edilməsi oldu. 70-ci illərdən başlayaraq Heydər Əliyevin ciddi səyləri nəticəsində ölkədə kitabxana işi sahəsində islahatlar başlamış, əhaliyə kitabxana xidmətində mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, ləğv edilmiş kitabxanalar bərpa olunmuş, dövlət kütləvi kitabxanalar şəbəkəsi mərkəzləşdirilmiş, kitabxana işində əvvəllər həll edilməsi mümkün olmayan problemlərin həlli üçün geniş imkanlar açılmışdır. Bu illərdə əhaliyə kitabxana xidməti sahəsində qazanılmış uğurlar kitabxana sistemində aparıcı şəbəkə olan dövlət kütləvi kitabxanalar şəbəkəsinin sosial funksiyalarının təşəkkülünə səbəb olmuşdur. Şəhər, rayon və kənd yerlərində əhalinin bütün təbəqələrinə xidmət edən bu ümumaçıq xalq kitabxanaları tədqiqat dövründə cəmiyyətdə ictimai mütaliənin, xalqın maariflənməsinin, mütəxəssislərin peşə səviyyəsinin inkişafına səmərəli xidmət göstərmiş, bu məqsədlə kitab təbliğinin bütün forma və metodlarından hərtərəfli istifadə etmişdir.
1970-1975-ci illər ərzində respublikada 531 yeni dövlət kütləvi kitabxanası yaradılmışdır. Dövlət kütləvi kitabxanalar şəbəkəsinin fondu 4 milyon 100 min nüsxə artmış, oxucuların sayı 1 milyon 599 min nəfərdən 1 milyon 813 minə qalxmış, kitab verilişi isə 1970-ci ilə nisbətən 2 milyon 762 min nüsxə artıq olmuşdur. Tədqiqat dövründə dövlət kitabxanalarının madditexniki bazası xeyli genişlənmiş, onların müvafiq avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatın alınmasına ayrılan pul vəsaiti hər il orta hesabla 50% artmış, metodik və kadr təminatında müsbət dəyişikliklər baş vermişdir.
1975-1980-ci illər respublikanın dövlət kütləvi kitabxanalar şəbəkəsinin tarixində keyfiyyətcə yeni inkişaf mərhələsi olmuşdur. Bu tarixi mərhələ ilk növbədə onların mərkəzləşdirilməsi, ölkənin bütün şəhər və rayonlarında mərkəzləşdirilmiş kitabxana sistemlərinin formalaşması ilə nəticələnmişdir. Mərkəzləşdirmə hər bir inzibati ərazidə fəaliyyət göstərən dövlət kütləvi kitabxanalarının vahid fond, texnoloji proseslər və maddi-texniki bazası əsasında birləşib kompleks şəkildə fəaliyyət göstərməsinə yönəlmişdir. Bu iş müvafiq şəhər və rayonlarda əvvəllər birbirindən tədric olunmuş şəkildə fəaliyyət göstərən kütləvi dövlət kitabxanalarının mexaniki şəkildə birləşdirilməsi deyil, keyfiyyətcə yeni kitabxana-informasiya müəssisələrinin meydana gəlməsinə səbəb olmuşdur.
Ölkəmizdə kitabxana işinə dair dövlət siyasətinin formalaşması və onun vəzifələrinin müəyyənləşdirilməsində 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və hazırda qüvvədə olan Azərbaycan Respublikasının ali qanunu – Konstitusiyasının böyük əhəmiyyəti oldu. Bu ali dövlət sənədində insanların mədəni sərvətlərdən istifadə etmək, həmçinin istədiyi informasiyanı əldə etmək hüquqları və azadlıqları geniş şərh edildi ki, bu da öz növbəsində cəmiyyətdə kitabxana-informasiya xidmətinin yeniləşməsi və inkişafı üçün geniş imkanlar açdı.


  1. Yüklə 96,31 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin