Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022a kurs: II


Kitabxanaşünaslığın metodologiyası və elmi metodikası



Yüklə 96,31 Kb.
səhifə3/11
tarix24.12.2023
ölçüsü96,31 Kb.
#191813
1   2   3   4   5   6   7   8   9   10   11
Aytac Yunisova Kitabxanaşünaslığa giriş

Kitabxanaşünaslığın metodologiyası və elmi metodikası

Kitabxanalara strateji rəhbərlik metodologiyası əsasən aşağıdakılardan ibarətdir: Ümumi fəlsəfi; ümumi elmi; idarəetmə elmi; metodologiya, metodika texnalogiyaları. Həmçinin qeyd etməliyik ki, strateji idarəetmənin inkişaf etdirilməsi bir sıra mərhələdə həyata keçirilir. Bu mərhələlər əsasən aşağıdakılardan ibarətdir:
1. İdarəetmə işində icraçıya nəzarət edilməsi;
2. İdarəetmədə ekstrapolyasiyaya əsaslanmaq
3. İdarəetmədə hadisələrin gedişini qabaqcadan görmək
4. İdarəetmədə təcili (eksterni) qərarlar çıxarmaq və s.
Bütün bunlarla yanaşı idarəetmə nəzəriyyəsində idarəçiliklə bağlı bir sıra yanaşmalar da mövcuddur. Bunlardan ən vacibi məqsədli; prosesli, sistemli, situasiyalı idarəçilik nəzəriyyələridir. Bütün bu deyilənlər idarəetmə nəzəriyyəsinin metodologiyası, onların inkişafında ayrı-ayrı mərhələlər və müxtəlif yanaşma yolları haqqında geniş təsəvvür yaratmaq üçün hər birinin haqqında ətraflı məlumat vermək yerinə düşər və məsələnin geniş izahı tam təsəvvür yarada bilər. İlk növbədə qeyd etmək istərdik ki, kitabxanaların strateji idarə edilməsində praktiki olaraq həm proseslərin metodologiyası nəzəri cəhətdən öyrənilməli və tam mənimsənilməlidir. Yuxarıda göstərdik ki, kitabxanaların strateji idarə edilməsində nəzəriyyə və praktikada əsasən dörd mühüm mərhələ mütəxəssislər tərəfindən bəyənilmiş və qəbul olunmuşdur.
Əsas mərhələlərdən biri ümumfəlsəfi metoddur ki, idarəetmə prosesində bütün hadisələrin və baxışların birlikdə düzgün dərk edilməsi kimi başa düşülür. Bu səviyyə özlüyündə bir sıra elm sahələrini yaradırvə formalaşdırır. Yəni fəlsəfə futurologiya, riyaziyat, informasiya nəzəriyyəsi və s.
İkinci səviyyə-ümumelmi səviyyə hesab olunur və ümumyanaşma təsəvvürü yaradır, sistem haqqında, oun formal cəhətləri haqqında təsəvvür yaradır. Bu metod özlüyündə elmi fikir yaradı, sistem nəzəriyyəsini, kibernetikanı və təşkilatçılıq nəzəriyyəsini yaradır.
Üçüncü mərhələ elmin metodologiyası kimi idarəetmədə istifadə olunur və bütövlükdə sosial- iqtisadi sisemdə idarəetmə haqqında təsəvvür yaradır. Strateji idarə etmədə dördüncü mərhələ metodologiya, metodika və texnalogiya əsas səviyyələrdən biri kimi hesab olunur. Bu səviyyə kitabxanaların idarə olunmasında praktiki fəaliyyətə yaxınlaşırvə digər elm sahələrinə yaxınlaşma prosesi baş verir, həyata keçirilir. Ona görə də strateji idarəetmənin inkişaf səvityyəsi təkcə kitabxanaşünaslığın deyil, həm də digər elm sahələrinin yeni nailiyyətlərindən və bü günkü kitabxana-informasiya təcrübəsindən asılıdır.
Kitabxanaşünaslıq təcrübəsində belə bir əks əlaqə də özünü göstərir ki, strateji idarəetmə digər elmlərin inkişafında da xüsusi rol oynaya bilər, digər elmlərin inkişafında yeni stimul yarada bilər. Əlbəttə, istər xarici ölkələrdə, istərsə də Azərbaycan Respublikasının iri elmi və xüsusi kitabxanalarında və kitabxanalara rəhbərlik edən dövlət strukturlarında strateji idarə edilməsində qabaqcıl təcrübəsindən istifadə edilir. Ona görə də strateji idarəetmədə qabaqcıl metodologiyalar əsas götürülməklə, yuxarıda göstərdiyimiz dörd əsas mərhələdən istifadə edilməsi məqsədəuyğundur.
Əlbəttə, idarəetmə nəzəriyyəsində hər bir kitabxananın idarə edilməsinə müxtəlif aspektlərdən yanaşılır. Yalnız bu kitabxanaların idarə edilməsində məqsəd, proseslərin həyata keçirilməsi , sistem yanaşma və situasiyalı şəraitin yaradılması nəzərə alınmalıdır. Müasir kitabxana fəaliyyətində strateji idarəetmə olduqca böyük əhəmiyyətə malikdir. Hazırda bütün kitabxanaların inkişafı onların strateji planlarının olub olmamasından asılıdır.
Beləliklə, qeyd etmək lazımdır ki, bütün problem və çatışmamazlıqlar təhlil edilir, strategiyanın həyata keçirilməsi prosesi nəzərdən keçirilir, qiymətləndirilir və nəzarət edilir.


  1. Yüklə 96,31 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin