Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022a kurs: II


Kitabxana işinin strukturu, sistemləri



Yüklə 96,31 Kb.
səhifə6/11
tarix24.12.2023
ölçüsü96,31 Kb.
#191813
1   2   3   4   5   6   7   8   9   10   11
Aytac Yunisova Kitabxanaşünaslığa giriş

Kitabxana işinin strukturu, sistemləri

İdarəetmə strukturu idarəetmə sisteminin daxili formasını əks etdirir. Azərbaycanda kitabxana işinin idarəedilməsi strukturunun bütün ünsürləri bir-biri ilə üzvi şəkildə əlaqədar olaraq, vahid bir sistemi – kitabxana işinin idarə edilməsi sistemini əmələ gətirirlər. Ona görə də bu ünsürlər və onların məcmusu ölkəmizdə kitabxana işinin idarə olunması sisteminin atributunu təşkil edir.
Respublikada kitabxana işinin idarəolunması strukturu iyerarxiya (tabeçilik) prinsipinə görə qurulmuş və bu strukturun ünsürləri yuxarı, aşağı və eyni hüquqa malik bölmələrdən ibarətdir. Menecment nəzəriyyəsində bütün sahələrdə idarəetmə strukturlarının aşağıdakı iki prinsip əsasında təşkil edilməsi zəruri sayılır:
1. idarəetmə strukturunun idarəetmə mexanizminə (məqsəd, prinsiplər, metodlar, funksiyalar) uyğunluğu;
2. idarəetmə strukturunun idarəetmə obyektinin xarakteri və xüsusiyyətlərinə uyğunluğu. Yuxarıda göstərdiyimiz prinsiplərlə yanaşı, idarəetmə strukturları qarşısında bir sıra tələblər də qoyulur ki, bunları ümumiləşdirilmiş şəkildə belə qruplaşdırmaq olar:
• idarəetmə strukturunun, idarəetmə sisteminin çevik fəaliyyət göstərməsini təmin etməsi;
• iyerarxiya qaydasında qurulmuş idarəetmə mərhələlərinin mümkün qədər sadə və az olması;
• idarəetmə sistemində fəaliyyət göstərən bütün müəssisələrin funksiyalarının düzgün müəyyən edilməsi;
idarəetmə sistemləri, onların bölmələri arasındakı subordinasiya əlaqələrinin dəqiqləşdirilməsi, onlar arasında operativ informasiya axını və sənəd dövriyyəsinin optimal mexanizminin yaradılması. Bu baxımdan Azərbaycanda kitabxana işinin idarəolunması sisteminin yuxarıda göstərdiyimiz prinsiplərə və tələblərə əsasən uyğun olmasını təsdiq edə bilərik.
Professor A.Xələfovun qeyd etdiyi kimi, respublikamızda kitabxana işinin idarəedilməsinin vahid dövlət sistemi yaradılmışdır. Vahid dövlət sisteminin yaradılması dövlət idarəetmə sisteminin bütövlüyünü təmin etməklə, idarəetmənin təkmilləşməsinə, sistemdə baş verən neqativ halların aradan qaldırılmasına, həmçinin kitabxanaların fəaliyyətini cəmiyyətin informasiya tələbatının ödənilməsinə və kitabxana sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yönəldir.
Nəzdində kitabxana şəbəkələri olan nazirliklər Azərbaycanda kitabxana işinin ümumdövlət miqyasında idarə edilməsi prosesində müstəsna rol oynayır. Bunların içərisində öz strukturunda daha çox kitabxana cəmləşdirmiş və ölkənin bütün oxucu təbəqələrinə xidmət göstərən ümumaçıq kitabxanalara idarəetməni təmin edən aparıcı icra hakimiyyəti orqanı Respublika Mədəniyyət Nazirliyidir.
Mədəniyyət Nazirliyi ölkədə kitabxana işinə rəhbərlik edən dövlət idarəçiliyinin mərkəzi orqanıdır.
Bu məsələ ilə əlaqədar qeyd etmək istərdik ki, menecment nəzəriyyəsində idarəetmənin strukturunda mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş səlahiyyətlərin əlaqələndirilməsi prinsipi bir tərəfdən mərkəzləşdirilmiş rəhbərliyin ciddi plan, icraedici intizam və vahid rəhbərlik səlahiyyətlərini, digər tərəfdən isə idarəedilən obyektlərin təşəbbüskarlığını və müstəqilliyini nəzərdə tutur.
Bu baxımdan MKS-lərdə mərkəzləşdirilmiş və qeyrimərkəzləşdirilmiş idarəetmə fəaliyyətinin əlaqələndirilməsi mərkəzi kitabxana və filiallar arasında səlahiyyət və məsuliyyətlərin daha optimal tənzimləndirilməsini tələb edir.




  1. Yüklə 96,31 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin