Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022a kurs: II


Kitabxana işi sahəsində dövlət siyasəti



Yüklə 96,31 Kb.
səhifə10/11
tarix24.12.2023
ölçüsü96,31 Kb.
#191813
1   2   3   4   5   6   7   8   9   10   11
Aytac Yunisova Kitabxanaşünaslığa giriş

Kitabxana işi sahəsində dövlət siyasəti

Kitabxana müasir hüququn tam subyekti olduğundan ölkədə kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, bu işin təşkilinin əsaslarını, maliyyələşdirmə mənbələrini, kitabxanalardan istifadə sahəsində vətəndaşların hüquq və vəzifələrini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın mühüm prinsiplərini və s. məsələləri tənzimləyən hüquqi sənədlərdən səmərəli istifadə edilməsi kitabxana menecmentinin olduqca vacib şərtlərindən biridir. Kitabxanalar cəmiyyətdə informasiya daşıyıcılarının mühafizəsini və istifadəsini təmin edən elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisələri kimi xüsusi hüquqi statusa malik olan sosial institutlardır. Bu baxımdan kitabxana menecmentində hüququn aliliyi başlıca amil rolunu oynayır. Azərbaycanda kitabxana menecmentinin hüquqi bazasını aşağıdakı sənədlər və mənbələr təşkil edir:
- Azərbaycan Respublikasının Konstitusiyası;
- "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu (1999);
- "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunu (1998);
- "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu (1998);
- Kitabxana işinə dair Nazirlər Kabinetinin qərar və sərəncamları;
- Kitabxana işinə dair dövlət standartları;
- Müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş normativ sənədlər (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr və s.);
- Metodik mərkəzlər tərəfindən tərtib edilmiş sənədlər;
- Kitabxanadaxili sərəncamlar, əsasnamələr, digər normativ sənədlər;
- Beynəlxalq kitabxana təşkilatlarının qərarları, manifestləri, bəyannamələri və proqram sənədləri;
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr. Bu müqavilələrlə ölkənin hüquqi sənədləri arasında ziddiyyət olduqda həmin beynəlxalq muqavilələr tətbiq edilir.
"Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda ən mühüm cəhətlərdən biri kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsip və vəzifələri olduqca düzgün və hərtərəfli müəyyənləşdirilmişdir. Qanunda əsas prinsiplər kimi kitabxanaların, bütün əhalinin istifadəsi üçün ümumaçıq olması, onlara dövlət qayğısı və dövlət tərəfindən maliyyələşdirilməsi prinsiplərin ön plana çəkilir.
Qanunun 3-cü maddəsində kitabxana işi sahəsində dövlətin əsas vəzifələri müəyyənləşdirilmiş, onun həyata keçirilməsi yolları göstərilmişdir.
Qanunun 2-ci fəslində kitabxana sistemi, onun təşkili, tərkibi əsaslandırılmış, respublikamızda olan bütün kitabxana şəbəkələri, onların tabeçiliyi prinsipləri, dövlət və qeyri - dövlət kitabxanaları haqqında məlumat verilmiş, statusları müəyyənləşdirilmişdir.
Qanunda 7-ci maddə "Milli Kitabxana" adlanır. Bu bölmədə dünya təcrübəsinə əsaslanaraq Milli Kitabxananın tərifi verilmiş, onun statusu müəyyənləşdirilmişdir: "Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitab saxlayıcısıdır".
Qanunun 8-ci maddəsi respublika əhəmiyyətli kitabxanalara həsr edilmişdir. İndiyə qədər bəzi hallarda mübahisə doğuran bu məsələnin dəqiqləşdirilməsi, respublika əhəmiyyətli kitabxana statusu verilən kitabxanaların vəzifələrinin müəyyənləşdirilməsi bu boşluğu doldurmuş, onların fəaliyyəti üçün şərait yaratmışdır.

Yüklə 96,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin