Бакы – 2013 Тяртибчи вя редактор



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix02.12.2016
ölçüsü2,97 Kb.
#686
1   2   3   4   5   6

57
Musa Ələkbərli

Yerdə də, göydə də sədan var, şeirim.
Mənim övladımsan gəl fərsiz olma,
Sən karsız, təpərsiz, kəsərsiz olma!
Sənin mənim qədər duyanın yoxdur
Bütün yoxluqları var eylə, şeirim.
Uçub göylərdə tap doğma kəsini,
Ucaldıb tanrıya haqqın səsini
Hissimi, duyğumu car eylə, şeirim.
Qulağı tutulmuş kar zəmanəyə
Göstər öz gücünü, kar eylə, şeirim.
Quruyan ağaca həyat suyu ver,
Sozalan çiçəyi  bar eylə şeirim.
Mənim varlığıma az qalıb daha,
Mənim yoxluğumu var eylə, şeirim!
MƏNİM GƏLƏCƏYİM
Bu da sənin üçün taleyin əmri
Çatdığın ocaqda yaxşı yan, Musa!
Yaşıya bildinmi bir insan ömrü
Peyğəmbər adını daşıyan Musa?!
Tanrı dərgahından gələn adınla
Budağın tutacaq bar – deyirdilər.
Eşqinlə, qəlbinlə, istedadınla
Sənin gələcəyin var – deyirdilər.
Dinirsən həmişə səmimiyyətlə,
Dilindən sözlərin istisi çıxır.
Yanırsan ən ülvi arzu-niyyətlə
Başından ilhamın tüstüsü çıxır.
Gözə gətirdilər beləcə məni,
Ağrını, acını kirmişcə uddum.
58

Ürək dara çəkdi hər gecə məni,
Hər səhər əlimi üzümə tutdum.
Halalca tikəmi göydə çaldılar,
Oxu tuşladılar düz ürəyimə.
Mənim bu günümü məndən aldılar,
Gözümü dikdilər gələcəyimə.
Hər gün gün itirdim yaxşı gün üçün,
Ümidim həmişə sabahda getdi.
Yollarda ləngiyib qaldı toy-düyün,
Mənim gözlədiyim sabah da getdi.
Hər gün qulağımı deşdi yalanlar,
Öyünc eləyim mən axı nəyimi?!
Qardaş, bu günümə balta çalanlar
Arxivə atdılar gələcəyimi.
Dəyişdi həyatda hər şeyin dadı,
Arzu da, ümid də daha xəyaldı.
Mənim gələcəyim gəlib çıxmadı,
Mənim gələcəyim keçmişdə  qaldı.
GÜNƏŞİ GÖZLƏ
Bax buna deyərəm vurğun doğulmaq,
Yüz ömür qıyaram tuti dilinə.
Dalğalar qoynunda axıb durulmaq
Təzədən qərq olmaq duyğu selinə...
Sübhədək oynamaq ocaqla, közlə,
Ayı yola saldın, Günəşi gözlə.
Mehrinlə uyudub torpağı, daşı,
Bu gecə yuxunu dara çəkibsən.
Karvandan xəbərsiz, ay  karvanbaşı,
Duyğu karvanını hara çəkibsən,
59

Bir kimsə gəlibmi sən gələn izlə?
Ayı  yola saldın, Günəşi gözlə.
Bu sahil, bu dəniz alatoranı
Qaynar gözlərində sökülməkdədi.
Ən güclü dalğayla vurub aranı,
Qaranlıq harasa çəkilməkdədi...
Yox, vermək olmayır bu hissi  sözlə,
Ayı yola saldın,  Günəşi gözlə.
Ən kükrək dalğası sənsən dənizin,
O sənə can atan dalğa can verir.
Şehli dodaqların, bəyaz bənizin
Mənə dəniz boyda həyəcan verir
İzlə, gəl şeirimin ardını izlə,
Ayı yola saldın, Günəşi gözlə.
Dəniz unudarmı bu düşərliyi?
Göy heyran sularda çimən ayına...
Dünyanın ən böyük bəxtəvərliyi
Bu dəfə sahilin düşüb payına.
Əhdi-peymanım var burda dənizlə
Ayı yola saldın, Günəşi gözlə.
Bir azdan dənizin ovcunda Günəş
Şeirinə, nəğmənə qarışacaqdır.
Görəcək yetməyir verdiyi atəş,
Eşqinlə təzədən alışacaqdır.
Ağ dalğam, ütü çək dənizi, düzlə,
Ayı yola saldın, Günəşi gözlə!
Hardasa görmüşəm mən bu səhnəni,
Bütöv varlığıma axıb bu işıq.
O gündən qəlbimə köçürdüm səni,
Mən dalğa qarışıq, dəniz qarışıq,
İndi baş-başayam sən ağbənizlə,
Ayı yola saldın, Günəşi gözlə.
60

DARIXAN GECƏ
Bu darıxan gecədə
nə dənizin dalğası,
nə də ki bir kölgə var
üzümə toxunası. 
Bu gecə qonaq Ay yox
mənimlə söhbətləşə,
bu lal-dinməz gecədə
dərdlərimiz dərdləşə.
Bu darıxan gecəni
qaranlığın qoynunda
səhərə daşıyıram
əllərimin içində.
VƏTƏN TОRPАĞIN TАCIDI
Qılıncım qındа çürüyür,
çахmаq silаhdа kiriyir,
köksümə bir dərd yeriyir,
dərdə qurğuşun qаtılа.
61
Rəfail Tağızadə

62
Qаrаlır sönmüş оcаğın,
üşüyür yаlqız qucаğın,
uçаr qаnаdsız uçаğın,
içində tоnqаl çаtılа.
Аyrılıq yаmаn аcıdı, 
dərdimə аləm аcıdı, 
Vətən tоrpаğın tаcıdı, 
qоymаğа bаşlаr tаpılа.
VİTRİNDƏKİ  PАLTАRLАR
Alıcısını gözləyən vitrindəki pаltаrlаr
utаnаr yаmаn,
utаnаr zаmаn-zаmаn
kirаyənişin bədənə
gеyinilib sоyunulmаqdаn.
Vitrindəki pаltаrlаrın
«аpаr məni, аpаr məni» dеyən,
yаlvаrаn bахışlаrı
uzаnаr-uzаnаr qаpıyаcаn.     
Vitrindəki pаltаrlаr
bir аnlıq хоş bахışlаrа аldаnаr.
Vitrindəki pаltаrlаr
umuddаn asılаr
gеcədən səhərədək.
Vitrindəki pаltаrlаr 
хəyаllаrındа 
bir isti bədənə sığınıb gəzər
yaz gecələrində,
şəhərin tənha küçələrində.

УШАГ ПАЛТАРЛАРЫ
Юнъя ушаглары севдим,
Сонра ушаг палтарларыны.
“Ушаг палтарлары музейи” ачдым
Цряйимин нисэилли-чисkинли кцчясиндя.
Сых бурнуна
Няфясин чатынъа гохла
Бищуш олунъа.
Балаларын ятри щопуб ора,
Хатирянин дя ятри вар,
Щясрятин дя.
Бюйцдцкъя
ялиндян тутмаьа ялини нейнир,    
юз йолу вар, шцкцр ки
сянин цзцйола йолуну нейнир,
яйниня эялмир
ата-ана севэисинин палтары.
Бу музейдя сахланан
Аллы-gцлlц шякилляр,
63
Kəramət

Юзцнц дивара чырпан мусиги,
Компйuтерин силинмяйян йаддашы
Ушаг гябiристаны
Балаъа-балаъа башдашы
юлцм гаршысында
тянтяняйля галдырылан
аь байраг дейил, бяс няди,
бяс няди, ай башыдашлы?
Гцруб дан йерими
Доьулунъа батды эцн.
Бяс няди
мяня щяр эцн
щцъум чякян гарьышларын гошуну?
Бяс няди, Ешг Танрысы,
Мяня анлат, анлат эюрцм,
Севэи бир-бириня ещтийаъдымы?
Бу гоъа кишийя, ипяк гарыйа
Кимин ещтийаъы вар?
Мяним ещтийаъым вар
ушаг палтарларын.
Qохлайым синя долусу
вя...вя...вя...
чийинляримин щюнкцртцсцня
ещтийаъым вар.
ДУМАН ПАЛТАРЛЫ ЭЯЛИН
Бир парча думаны эейиб яйниня,
Сцзцрсян няьмянин сямаларында.
Эцнащдыса, эцнаща йаз,
sавабдыса, саваб ейля,
думан палтарлы эялин.
64

Анан
севдалы-севдалы доьубду сяни,
зцщур  ейлямисян, доьулмамысан.
Ярийиб эедирям бахышларында
чыхсана думан ичиндян
йандым, ащ-аман ичиндя
гясдин няди, Аллащсыз?
Oнсуз да батырам эцнащ ичиндя, 
Бир дя  бу бяндяни эцнаща салма,
Думан палтарлы эялин.
Инди билдим
Севданын рянэи мавиди,
Мавиди  бу мусиги.
Севда йолчусундан ня истяйирсян,
Бахышларын торуну
Цстцмдян чякиб дя эет.
Бу гурулу сарайы
Тикдийин кими 
сюкцб дя эет.
Qой галсын тякбашына
йолуну, башыны итирян йолчу,
Сцзя-сцзя чыхыб эет,
Думан палтарлы эялин.
Йа да
бцк бир парча думана
апар мяни мавиликляря.
Эцнащдыса, эцнаща йаз,
Савабдыса, саваб ейля. 
65

ЧЯКИЛМЯ
Мяни мяндян чякдим
Гоймадым ки, батам мян батаглыгда
Бир ушаг гоъаны
Бир госгоъа ушаьы
чякиб гуртардым, шцкцр.
Айаьымдан йоллары
Ялимдян ялляри чырпдым.
Юмрцмц тоз басмышды
Чыхардыб яйнимдян йашанмыш юмрц
Чырпына-чырпына чырпдым.
Саь ялимтяк дялиганлы
Сол ялим кими фаьырам
Щяйата щяйат ичиндян
Чох-чох узагдан бахырам.
Чякдим
Араныздан юзцмц чякдим
Гырагда эцлмяйя апардым
Аъындан юлмяйя апардым
Бир дя эялмяйя апардым
Чякдим апардым юзцмц
Мяълислярин дузу кими
“Дцнйа гумарды” дейирляр
О покерин тузу кими
яйриси-дцзц кими
Чякдим апардым юзцмц
Юзцмц юзцмдян чякиб апардым
оьлумдан-гызымдан чякиб апардым
мян севдалы, сян базарчы
сюзцмц сюзцмдян чякиб апардым
юзцмц юзцмдян чякиб апардым.
66

YOLLAR YORĞUN-YORĞUN
yollar yorğun-yorğun
dərd solğun-solğun,
əl çatmayan
uzaq bir sevgiyə gül oldum
yanıb-yanıb kül oldum
bir uzaq sevgidən
min il keçəni
solğun xatirələr ağuşunda
bağrıma basdım
yorğun gecəni
min il ötəni
uzaq bir ulduzdan
qayıdıb gəldim,
könlümdə
islaq-islaq saçlarının 
min il əvvəlki qoxusu
gözlərimdə ötən sevginin
bənövşə yuxusu 
67
Nazim Əhmədli

68
GÖZÜM GECƏ KİMİ QARA
Gözüm gecə kimi qara,
saçım bulud kimi ağdı
Mən yer adamı deyiləm
göyün o üzündən yağdım
Sular axdıqca axıram,
duruluram sular kimi.
Yolları yorub gedirəm,
qaralıram, yollar kimi.
Mən yer adamı deyiləm,
nə dağdan, nə köydən gəldim,
Qoşulub yaz yağışına 
yer üzünə Göydən gəldim.
BULUDLAR PƏRƏN-PƏRƏNDİ
buludlar pərən-pərəndi
yenə göy üzü qarışıdı
göydən bir ulduz yox oldu
yerdə bir könül barışdı.
üz tutdum eşqin tacına
az qaldı könlüm uçuna
əlimi çəkdim saçına
əlim od tutdu, alışdı.
həsrətin yanıb yaxanı
mən suların lal axanı.
sən mənə bir yol baxanı
canıma sevgi darışdı.

AH, YAŞIL KÖYNƏKLİ, YAŞIL OĞULLAR
Sevib  də sınağa düşən,
Dilindən dustağa düşən,
Allahın adına çəkdiyi ah da
Qayıdıb varağa düşən şairlər!
Çatılıb qolları,
Alınıb səsi,
Ömrü tufanlara tuş qoyulanlar!
Səcdə qılınası,
And içiləsi
Adları önünə “quş” qoyulanlar!
“Ənəlhəqq” bağırıb,
“Ənəlhəqq” deyib,
Yaşıl sevginizdən
asılırsınız!
Min-min sevənlərin ürək qanıyla
Min il sonralara
yazılırsınız!
69
Məmməd İlqar

Ah, yaşıl köynəkli,
yaşıl oğullar...
Xəstə baxışlara,
Yamyaşıl yarpaq da
xəzəl görünür?!.
Nə qəm –
Nəsimilər dar ağacında,
gözəl görünür!!
QARALAMA DƏFTƏRİ
Mən şeir yazmıram, oğul,
Canımı sıxıram ağ kağızlara.
Söz-söz gözlərimdən  damıram, oğul,
Süzülüb axıram ağ kağızlara.
Qəm gəlir üstümə, qaça bilmirəm,
Ömrü bu qəmlərdən uca bilmirəm.
Od tutub alışmır necə, bilmirəm –
Yağırkən bu qədər ah kağızlara?
Sözlərə çökmüşəm, o illərə yox,
Qəbrimə səpdiyin o güllərə yox.
Yadına düşdümsə, şəkillərə yox –
Aç da bu dəftəri, bax kağızlara.
70

MƏNDƏN SƏNƏ QALAN SÖZDÜ
Adına dünya deyirik,
Canına dua deyirik,
Gözəlsən, guya, deyirik –
Bilən varmı peşən nədi?..
Qalan sənsən, qonan bizik,
Yalan sənsən, yaman bizik,
Ocağında yanan bizik–
Qazanında bişən nədi?
Sözdü, qəsrim-qalam, sözdü
Sözdən qeyri-yalan sözdü!
Məndən sənə qalan, sözdü,
Səndən mənə düşən nədi?
71

QİYAMƏT 
Tövbə, görünməyib fəlakət belə,
Damarı kəsilib göyün elə bil.
Tanrı qəzəbindən bulud əliylə, 
Torpaq dizlərinə döyür elə bil.
Göydən zəhər yağır, zəhrimar yağır,
Allahın altında hər nə var yağır…
Minbərdə dörd olub mollanın gözü,
Basdırdığı meyit küçəylə üzür.
Sular sonası da su altda qalıb,
Yağış havası da su altda qalıb…
Örtüb üstümüzə bu yağış-ağı,
Biləndə ölmüşük – 
enib aşağı,
Onda gələcək ki, haya Yaradan,
Sağ ikən görməsin onu bir adam…
72
Qulu Ağsəs

* * *
Yarpağın üstündə 
damlaya – 
işığı düşür damlara.
Qapıda elan:
“Giriş qıfıldan”...
Sev illərlə,
unut qəfildən.
Kişi –  istedadlı,
Qadın –  isti, dadlı;
ya da əksinə:
həyatdı!
Bazardı, bazar
həftənin günləri
Satışda
saat əqrəbinin zəhəri.
...Darıxma, gəlirəm sabahla
İki güllə,
Bir silahla...
* * *
Nə var tələsib sürücü
Maşın yolu bağlayıb.
Nolar, bir gün də eşidək –
Polis vaxtı saxlayıb…
Ya da ki Dünya arvadı – 
Müdam ağarır dişi.
Baxmaz ona gözucu da
Allah adında kişi.
Onçün yanvar da od tutub 
Avqust da, may da elə.
Bu bostana bir quş girsə,
Müqəvva pay da verər…
73

TÜRKÜN BAYRAĞI
Türkün bayrağını küləkdən öncə
Başların üstündə yellədən qandı.
Günəşdən süzülən işıq selitək,
Doğudan Batıya yol gedən qandı.
Dünyanın yolları alın yazımız,
Dünyanın hər günü bu qandan keçib.
Türkün bayrağından keçən olmayıb,
Əyilib altından yüz dövran keçib.
Silməz yaddaşından batan qanları,
Zamanın hökmüylə barışan deyil.
Tamam bambaşqadı qan qrupumuz,
Hər axıb gedənlə qarışan deyil.
İçimdə yalquzaq yanğısı ilə
Ulayan həsrətdən qaynayır qanım.
Ayı-ulduzuyla göz qamaşdıran
Günəş parçasına oynayır qanım.
74
Sabir Yusifoğlu

Türkün bayrağını küləkdən öncə
Başların üstündə yellədən qandı.
Günəşdən süzülən işıq selitək,
Doğudan Batıya yol gedən qandı.
ÜZÜ QARAXALLI DƏNİZ
Gözü mavi, teli bəyaz,
Üzü qaraxallı dəniz.
Adamları yarıçılpaq,
Balıqları pullu dəniz.
Gəmilərin sinəsinə
Qadın kimi sıxılırsan.
Gözəlin də, çirkinin də 
Ayağına yıxılırsan.
Bir az da dərdimizdən al,
Göz yaşını udan dəniz.
Bilsən ki, biz nə çəkirik
Çıxarsanmı sudan dəniz?
Yelkəni külək gözləyən
Qayıqlardan biri mənəm.
Gətir mənim küləyimi,
Sonrasın özüm bilərəm.
Gözü mavi, teli bəyaz,
Üzü qara xallı dəniz.
Adamları yarıçılpaq,
Balıqları pullu dəniz.
75

MƏKTUB GÖNDƏR
Susuzluqda su təki
Bəlkə, yadına düşəm.
Mənə bir məktub göndər,
Bilim ki, ölməmişəm.
Səndən başqa bilən yox,
Dərdimə bir dərman yaz.
İki kəlmə nədi ki, 
Ay gözünə qurban, yaz.
Çox yox, bir varaq göndər,
Vaxtın yoxsa ağ göndər, 
Əllərinin izini 
Evimə qonaq göndər.
Bilim harda solursan,
Ay gülüm, ay bənövşəm.
Mənə bir məktub göndər,
Bilim ki, ölməmişəm. 
76

KİMDİ MƏNİ SƏSLƏYƏN
Tanrım, görən, mən kiməm,
Nəçiyəm bu dünyada?
Bir payı quru torpaq,
Üç payı su dünyada! 
Adım Peyğəmbər adı,
Özüm adi bir adam.
Bir də bu adilikdən
Bezib çıxan fəryadam.
Qənşərində durduğum,
Aynadakı mənəmmi?
Ruhum mənə dardımı,
Mən ruhuma genəmmi?
Əvvəl-axır deyilən
Bir ölçü-biçi varmı?
Varsa, bəs ölçüsüzlük
Nədi, bilmək olarmı?
77
İbrahim İlyaslı

78
Bu cismi-can varlıqdı,
Yoxluq divanəsiyəm.
La İlahə İlləllah!
Kimdi məni səsləyən?!
ƏFƏNDİM
Düşmən də çəkməsin mən çəkənləri,
Mən çəkən zülümdən olmaz, əfəndim.
Adamlar bir yana, bu məmləkətdə
Quş da salamımı almaz, əfəndim.
Həmdəmim odlardı, sirdaşım sular
Könlümü qəriblik bular, ha bular.
Qeybdən nida gəldi: – «Boşalan dolar!»
«Quyu su tökməklə dolmaz!», əfəndim.
Boranlar adlayaq, xəzanlar keçək, 
Ömür-gün yalandı, vaxt-vədə gerçək.
Mənim gözlərimlə sulanan çiçək,
Ömrü billahında solmaz, əfəndim.
Yeddinci qatında haqqım var deyə,
Sidqinən eşqimi bağladım Göyə.
Tutlar saza dönə, qarğılar neyə,
Qoşub qəmlərimi çalmaz, əfəndim.
Tapdım çəmini də, tutdum dilə də,
Necə hökm elədi, getdim elə də.
DÜNYA söylədiyin qaldı belə də,
Bə deyirdin, «belə qalmaz», əfəndim.

MƏN BİR DƏLİ RƏSSAMAM
Oturub ömrün içində 
Çiçək şəkli çəkirəm.
Yalan rəngləri götürüb, 
Gerçək şəkli çəkirəm.
Çəkirəm ciyərlərimə 
Faniliyin ətrini.
Məndən əziz tutan varmı,
Bu faninin xətrini?!
Kimsə bilməz nə çəkdirir
Mənə mən çəkdiklərim.
Ölümlərə cücərirlər
Olmağa əkdiklərim.
Dəryalar mənə çəkilir,
Tufanlar məndən qopur.
Başıma odlar ələnir,
Ruhuma sular hopur.
Şəkillənir qələmimdə
Doğulmamış bir adam.
Mən şair deyiləm, yavrum,
Mən bir dəli rəssamam.
79

* * *  
Bu qədər yüksəklikdə
Durmaq çətin olur, dost. 
Sözsüz ki, enəcəyik, –
Köhnə qayda budur, dost.
Ömrün boyu soruşsan, –
Nə olmuşdu ki, mənə?
Tapılmaz bir cavabı 
Ha soruş dönə-dönə...
Səslən bütün dünyaya:
“Ey hər şeyi bilənlər!”
Nəsə olmuşdu mənə,
Nə olmuşdu – kim deyər?!
***
Bu eyvanın önündə
Sən idin bitən hər gün.
Bitib yerində əsir
İndi bir qırmızı gül.
80
Məhəmməd Astanbəyli

Bu eyvanın önündə 
Bir gün biryolluq bitdi.
Qurtardı, tamamlandı,
Tükəndi, sona yetdi.
Titrəyir yavaşcana,
Anır-anır sizi gül.
Sənin bitdiyin yerdə 
Bitib bir qırmızı gül...
* * *    
Yoox... heç bu da sözdümü,
Aah!.. Qürublar, qürublar.
Hardan bildiniz bizim
Qəlbimizi qırıblar?
Yoox... yoox... bu da sözdümü,
Aah! Aah! Ey yaşıl gözlər.
Bircə yol ağlamağa 
Fürsət tapmadıq bizlər.
Yoox… yoox… yoox… sözdümü ki,
Aaah! aah! aah! könülcüyüm.
Bir daş göstər, gedim də
Başımı döyüm, döyüm...
81

NİYƏ DƏRMƏDİM
Beş-altı günlüyə yaz idi baxtı,
Bir dar çuxur idi sarayı – taxtı,
Kolların dibindən üzümə baxdı, 
Mən o bənövşəni 
niyə dərmədim?!
Sayəsin üstümə salmışdı tale,
Gül olub könlümü almışdı tale,
Bircə yol üzümə gülmüşdü tale,
Mən o bənövşəni 
niyə dərmədim?!
Dindirsən sinəsi dolu ah idi,
Yanında yoldaşı xeylaq çox idi,
Mənə ondan başqa baxan yox idi,
Mən o bənövşəni 
niyə dərmədim?!
82
Sabir Sarvan

Xəyalım toxunur dünənə gəlir,
Ötənlər nə haya, nə ünə gəlir,
Gündə gözlərimin önünə gəlir,
Mən o bənövşəni 
niyə dərmədim?!
Duruşu həyalı, baxışı incə,
Bir üzü gül idi, bir üzü qönçə,
Yandırıb-yaxacaq məni ölüncə,
Mən o bənövşəni 
niyə dərmədim?!
YAŞIDIM BİNA
Sumqayıtda 
yaşıdım olan bir bina var,
Binəsi mən doğulan ili 
qazılıb,
Alnının ortasına 
1956 yazılıb.
Dər-divarında ruzigarın izləri,
Gecələr par-par yanır 
pəncərə gözləri.
Harda olsam,
Harda yaşasam da yenə
O bina alın yazısından
bir köynək daha yaxındır mənə.
İki yol ayrıcında, 
daş qüruruyla dayanıb
yaşıdım,
Elə bil arşın udub.
83

Bənnalar onun kərpiclərini
atıb-tutanda,
Anam da məni qucağında atıb-tutub.
Sumqayıtda 
yaşıdım olan bir bina var,
üst mərtəbələri insan yuvası,
altında mağazalar,
bir də bir ovçu dükanı,
balaca.
İntihar fikrinə düşsəm,
silahı o dükandan alacam.
Sumqayıtda 
yaşıdım olan bir bina var,
Ortaboylu, 
qaraqabaq bir binadı.
Yer qaçmasa ayağının altından,
Olmasa özgə bir qəza-filan
bizdən tüstülü xatirələr
danışmaq sarıdan ümidim 
təkcə onadı.
HARA  APARIRSAN
Günəş güzgüsünü əlindən salıb,
Çiçəklər rəngini rəngindən alıb.
Şəhərə çıxmısan, daş heykəllər də
Arxanca boylana-boylana qalıb,  
Hara aparırsan 
bu gözəlliyi?
84

Heyrətdən bir kəlmə danışan da yox,
Bu qəfil sükutla barışan da yox,
Kəsib qabağını soruşan da yox:
– Hara aparırsan 
bu gözəlliyi?
Şəhərə aydınlıq üzündən düşüb,
Sığallı xanımlar nazından düşüb,
Yanıqlı-yanıqlı baxır kişilər,
Çoxunun arvadı gözündən düşüb, 
Hara aparırsan 
bu gözəlliyi?
Bu sevda başımdan sovuşan deyil,
Bu gözlər üzündən yığışan deyil,
Onsuz da heç yana sığışan deyil, 
Hara aparırsan 
bu gözəlliyi?
85

SƏN YOLLARI SEVİRSƏN 
Dünya qadın kimidi –
deyənləri qınamayın.
Hər kəsin baxışlarını bənd eləyir özünə...
Hər gecə milyonların yuxusu asılır 
qaranlığın kirpiklərindən.
Tabut kimidi yuxulu gecələr,
Orda ölü kimi olur insanlar.
Bu şəhər mənimçün yarıyaş qoca,
Mənim çoxdankı arzum 
qocalır bu şəhərdə.
Bu qatar vağzalı kirayə mənzil kimi,
Pəncərələr hər gecə
itkin salır baxışlarımı.
86
Qədiməli Əhməd

87
Sən yolları sevirsən,
Ayrılıq nəğmələri bəstələnir 
relslərin dəmir sinəsi üstə.
Bəs susmağı necə?
Sözlər dodaqlarında itirir azadlığını...
GECƏ DÜŞÜNCƏSİ
Gecə nə qədər cansıxıcı, 
nə qədər tükürpədici, 
nə qədər boğucu...
İtlərin səsi pozur gecənin sükutunu,
Qaranlıq uzanmada...
Yarasaların sevgisidi gecələr,
Mən gecələri sevə bilmədim.
Gözlərimin divarında əridi qaranlıqlar,
Həsrətimin yaxasında soldu ümid nəfəsi.
Hər gecə
göy üzünə baxmaqdan yoruldum,
Axtardığım həqiqət ciblərimdə yox oldu,
barmaqlarımın ucunda qırıldı.
Dörd divar arasında, 
soyuq çarpayıda yaddaşımı doğradı 
pəncərəmə düşən kölgələr.
Anladım nə dünənin, 
nə bu günün, 
nə sabahın xoşbəxt ola bilənləriyik...

QAYIT, GÜNAHINI  YU, 
APARMASIN
Yaxınlıqdı, həm də uzaqlıq mənə,
Durub söz kəsməyək hicrandan daha.
Gözlərin tətikdi, qoşa sıx mənə,
Qoy çıxıb qurtarım bu candan daha.
Səhvimiz eynidi ikimizin də,
Bir sənin, bir mənim – oldu heç-heçə
Mən günah içindən çıxdım özümü,
Günahı dilimdən çıxardım necə?
Gümanım bir quru saman çöpüdü...
Məni göz yaşında su aparmasın.
Gedirsən, səni də apara bilər...
Qayıt, günahını yu, aparmasın.
88

SÖYÜD AĞACI
Ay söyüd ağacı...
Ay çöl ağacı... 
Dikmisən gözünü tozlu yollara...
Duruşun pərişan... boynun bükülü...
Tökürsən yaşını yaslı yollara...
Ay söyüd ağacı...
ay kənd ağacı...
Gözünü həsrətdən yığ birdəfəlik...
Dənizi  evkalipt sevgisi tutub...  
Mövsüm paltarına uyğun çətirlik...
Sənin əlin çatmaz daha dənizə,
İndi ağacların gömrük haqqı var...
Səhra palmasının sənin yanında
Baha qiymətini öymək haqqı var... 
Ay çəpər ağacı... ay yol ağacı, 
Sənin budağından ağıl hörərlər...
Altında bir uşaq qoyun otarar,
Kölgəndə uyuyub nağıl görərlər...
Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin