Kvadrat profilli polad ticarətə, adətən10x10-dan başlamış 50x50 mm-ə qədər ölçülərdə 4x10 m uzunluqda olan çubuqlar şəklində gətirilir.
Girdə profilli polad yenə çubuq şəklində olaraq 10-dan 50 mm-ə qədər diametrdə 4-10 m uzunluqda ticarətə buraxılır.
Ticarətə buraxılan zolaq poladının, adətən qalınlığı 4-dən 12 mm-ə qədər, eni isə 40-dan 65 mm-ə qədər olur.
Ölçüsünə görə çeşid poladı üç qrupa bölünür: Bunlara irisortlu, ortasortlu və xırdasortlu polad deyilir.
Xırdasortlu polad çeşidinə en çapığı aşağıdakı ölçülərdə olan polad növləri daxil edilir:
a. Girdə polad – 19 mm-ə qədər;
b. kvadrat polad – 18 mm- qədər;
c. yastı polad – 45 mm-ə qədər.
Orta ölçüdə sortlu polada aşağıdakılar aiddir:
a. girdə polad – diametri 20-35 mm;
b. kvadrat polad – en çapığı 20-35 mm;
c. yastı polad – en çapığı 50-55 mm;
İri ölçüdə sortlu polad çeşidinə iri olanlar daxil edilir.
Dostları ilə paylaş: |