Sanitar məmulatı. Keramika sanitar məmulatının əsas növləri əlüzyuyan, pissuar və unitazlardan ibarətdir. Bu məmulat ya kaşıdan, yaxud yarımçinidən hazırlanır. Kaşıdan olan sanitar məmulatı məsaməli, gövdəsi bişib yapışmamış və səthi isə tutqun ağ cilalı olur. Yarımçinidən olan sanitar məmulatı kaşıdan olanlara nisbətən daha sıx gövdəli və mexaniki cəhətcə daha davamlı olur.
Əlüzyuyan bir neçə tipdə buraxılır. Bunlar kənarlı, arxalı və künclü olur. Əlüzyuyanların ölçüsü millimetr hesabilə uzunluğunu, enini və ucalığını göstərir.
Unitazlar hazırda təkcə bir tipli, yəni boşqab fasonda buraxılır. Bunların ölçüsü millimetr hesabilə uzunluğunu, enini və ucalığını göstərir.
Məmulatda cilanın qatı bir bərabərdə olmalıdır. Sanitar məmulatının sortu qüsurlarına görə müəyyənləşdirilir. Bu qüsurlardan üzdən gedən çat, keçəllik, zibil, düyün, sızanaq, his və səpgiləri göstərmək olar.
Dostları ilə paylaş: |