1.3. Şüşədən və keramikadan olan inşaat malları
İnşaat şüşəsi növlərindən ən şox rast gələn pəncərə şüşəsidir.
Keramikadan olan inşaat mallarının əsas növləri gil kərpicindən , soba kaşısından, döşəmə və üzlük lövhəciklərindən, habelə sanitar məmulatından ibarətdir.
Pəncərə şüşəsi. Hazırda pəncərə şüşəsi yalnız maşın vasitəsilə istehsal edilir. Burada başlıca olaraq şüşə kütləsi müəyyən en və qalınlıqda olmaqla , şaquli surətdə qayıq vasitəsilə dartılır.
Pəncərə şüşəsi qalınlığına, təbəqələrinin ölçüsünə və keyfiyyətinə görə bölünür. Qalınlığı cəhətcə pəncərə şüşəsi iki, iki yarım, üç, dörd, beş və altı mm-lik olur.
Pəncərə şüşəsinin ölçüsü enindən və uzunundan göstərilir və 250x250-dən 2200x 1600 mm-dək olur.
Keyfiyyət etibarilə pəncərə şüşələri zavodda 1-ci, 2-ci və 3-cü sorta ayrılır. Sortlaşdırma zamanı şüşə təbəqəsinin formaca düzgün olması, şüşə kütləsində mövcud olan qüsurlar (daş, qovuq, səpgi, rəng və s. ), habelə istehsal qüsurları (cızıq, oyuq və s.) nəzərə alınır.
Pəncərə şüşəsi istehsal edilərkən tədricən soyudulmalı, almazla, yaxud şüşəkəsən alətlə cızılan yerindən asan qopmalıdır.
Kərpic. Kərpic bir neçə növdə istehsal edilir. Bunların sırasına adi gil kərpici, deşikli gil kərpici, yüngül inşaat kərpici, gecbişən və s. növlü kərpiclər daxildir.
Adi gil kərpici adi boyaqlı gillərdən olaraq ya plastik metodunda, yaxud da yarımquru presləmə metodunda istehsal edilir.
Adi gil kərpicin uzunluğu 250 mm, eni 120 mm və qalınlığı isə 65 mm olmalıdır.Sıxan zaman son möhkəmliyindən asılı olaraq adi gil kərpici beş markaya (“150”, “125”, “100”, “75”, və “50”) ayrılır.
Kərpic keyfiyyətcə sortlara ayrılmır. Kərpic düzbucaq, paralelpiped formasına malikdir. Bunun həm yanları, həm də tilləri düz olur. Kərpicin tillərinin və yanlarının azacıq əyri olmasına və habelə iki ədədə qədər kərpicin eninə tərəf və ən çoxu 40 mm ölçüdə dayaz çatlara yol verilir. Kərpic standart üzrə yoxlandıqda ən azı 8% su hopdurmalıdır.
Kərpic 15 dərəcə mənfi temperaturda 15 dəfə təkrar dondurmağa və dərhal donunun açılmasına dözməlidir.
Kirəmit. Kirəmit fiquralı lövhəciklərdən ibarət olub, damın üstünü örtmək üçün tətbiq olunur. Kirəmit gildən olaraq xüsusi preslərdə hazırlanır və sonra bişirilir. Standart üzrə kirəmit aşağıdakı növlərə ayrılır:
Bir, yaxud iki ədəd yan və eninə yarığı və zivanası olan möhürlənmiş kirəmit;
Bir, yaxud iki ədəd yan yarığı və bir, yaxud iki ədəd zivanası olan yastı lentvari kirəmit;
Bir, yaxud iki ədəd zivanası olan yastı, lentvari kirəmit;
Bir yarıqlı konkivari kirəmit.
Kirəmitin forması düz, səthi hamar və yanları düz olmalıdır. Kirəmitdə əyintilərə və çatlara yol verilmir. Rəng etibarı ilə hər partiya kirəmit eyni olmalıdır. Kirəmitə polad çəkiclə yavaş vurduqda təmiz və cingiltisiz səs verməlidir. Kirəmitin içi bir qaydada bişmiş, narın, dənəvər və bir növlü olmalı və qat verməməlidir. Kirəmitdə əhəng qarışığı olmamalıdır. Kirəmit 25 dəfə 15 dərəcəli və daha çox mənfi temperaturda donmağa qarşı və hər dəfədən sonra donunun açılmasına davam gətirməlidir.
Dostları ilə paylaş: |