Asbestsement məmulatı. Asbestsement məmulatı asbest (20%-dək) və portlandsementin su ilə qarışdırılıb bərkidilməsi nəticəsində alınan məmulatdan ibarətdir. Bu məmulata müəyyən rəng (qırmızı, yaşıl və s.) vermək üçün həmin tərkibə piqment qatılır. Bunlar yüngüldür, oddan qorxmur, pas tutmur, boya tələb etmir və uzun müddət xidmət edir. Bu məmulatın qüsur cəhəti odur ki, zərbəyə qarşı müqaviməti azdır və özünün də əyilmək ehtimalı vardır.
Yastı dam örtüyü lövhələri aşağıdakı üç tipdə hazırlanır:
1. İki bucağı kəsik sıra-kvadrat formalı lövhə.
2. Damın kənarının aşağı xəttnə düzülən beşbucaqlı kənarlıq lövhə
3. Damın kənarlarını tərtibə salan iki bucağı kəsik düzbucaq formalı friz lövhəsi.
Dostları ilə paylaş: |