Dalğalı vərəqlər asbestsement dam örtüyü materialları içərisində ən çox rast gələndir. Bunlar adi profili (marka BO). və qalın profili (markaBU) vərəqlərə bölünür.
Yarımdalğalı vərəqlər dalğalı vərəqlərdən fərqlidir. Bunların ortadan bir dalğası olur və vərəqin uzunu boyunca kənarları qatlanır. Yarımdalğalı vərəqlər də dalğalı vərəqlər kimi boyaqsız və qırmızı, sarı, yaşıl və qara rənglərdə buraxılır.
Asbestsement borular təyinat etibarilə su borularına (ən çox rast gələn) və kanalizasiya borularına ayrılır. Su boruları dörd markada (BT-3, BT-6, BT-9 və BT-12) buraxılır. Kanalizasiya boruları iki markada (KM-qolbaqlı boru və KM-gen ağız boru) buraxılır.
Qolbaqlar (muftalar) su borularının və KM markalı kanalizasiya borularının birləşdirilməsi üçün tətbiq edilir. Bunlar da müxtəlif markalarda buraxılır.
Quru suvaq (üzlük gips vərəqləri). Bu məmulat inşaat gipsindən hazırlanıb kartonla möhkəm birləşdirilmiş lövhələrdən ibarətdir.
Dostları ilə paylaş: |