Baki – 2020 Mövzu Yumurta


Mineral inşaat – yapışdırıcı materiallar və onlardan hazırlanan məmulat



Yüklə 0,9 Mb.
səhifə244/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   240   241   242   243   244   245   246   247   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

1.1. Mineral inşaat – yapışdırıcı materiallar və onlardan hazırlanan məmulat
Mineral inşaat – yapışdırıcı materiallar su ilə qatışdırıldıqda, plastik xəmir halına düşüb tədricən bərkiyən və daşa bənzər vəziyyət kəsb edən materiallara deyilir. İnşaat – yapışdırıcı materiallar öz əsas xassələrinə görə havada bərkiyən və hidravlik materiallara bölünür.

Havada bərkiyən materiallar yalnız havada bərkiyir. Bu materiallar sırasına hava əhəngi və inşaat gipsi daxil olur. İnşaat gipsinə ticarətdə alebastr deyilir.

Hidravlik yapışdırıcı materiallar həm havada, həm də suda bərkiyir. Bura hidravlik əhəng və müxtəlif sementlər daxil olur.

İnşaat – yapışdırıcı materiallardan, başlıca olaraq asbest-sement məmulatı hazırlanır. Bu məmulat sırasına silikat kərpici, sement-qum kirəmiti, damüstü asbestsement məmulatı və asbestsement boruları daxildir.

Havada bərkiyən əhəng. Hvada bərkiyən əhəng xüsusi ocaqlarda 1000-1200º temperaturda yandırılmış əhəng daşı, təbaşir, dolomit və digər təbii materiallardan alınır.

Havada bərkiyən əhənglərin çeşidi. Hvada bərkiyən əhənglər üç əsas növlərə ayrılır: bunlar sönməmiş əhəng kəsəklərindən, hidrat əhəngindən və döyülmüş halda olan sönməmiş əhəngdən ibarətdir.

Sönməmiş əhəng kəsiyi – ağ, yaxud boz rəngdə olan tikələrdən ibarətdir. İnşaatda istifadə edilməsi üçün əhəng söndürülməli, yəni su ilə qatışdırılmalıdır. Əhəng az miqdarda su ilə (1:1) qatışdırılanda sönüb toz halına, çox miqdarda su ilə (3:1) qatışdırılanda isə xəmir halına düşür.

Sönməsinin sürətindən asılı olaraq əhəng kəsiyi tezsönən ( 20 dəqiqə ərzində) və yavaş sönən (20 dəqiqədən gec) əhənglərə bölünür. Tezsönən əhəng yüksək keyfiyyətli sayılır.

Hidrat əhəngi – toz halında olan materialdır. Bu sönməmiş əhəngdən döyülüb əmələ gətirilir.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin