Ağacın mikro quruluşunun öyrənilməsi. Mikroskop altında müşahidəsi onun quruluşu haqqında daha müvəssəl təsəvvvür yaradır. Burada da kəsiklər hər üç istiqamətdə aparılır, lakin çox incə olurlar, hər bir kəsiyin şəkli dəfələrlə əkilməlidir.
Iynəyarpaqlar üzərində müşahidə aparılarkən traxeid borularının formasına, böyüklüyünə, xüsusiyyətlərinə, illik halqalara, özək şüalarına, hər üç kəsikdə qətran yollarına diqqət yetirmək lazımdır.
Enliyarpaqlı ağaclarda isə libri formaya, damarldara və özək şüalarına onların formasına, ölçüsünə və yerləşməsinə əsas fikir verilməlidir. Həm də göstərilənlər tez yetişən və gec yetişən enliyarpaqlar üçün ayrı – ayrılıqda müşahidə edilməlidir.
Halqavari damarlı enliyarpaqlı ağac cinsinin mikroskopik quruluşu çox mürəkkəb və nizamsızdır.
Dağnıqdamarlı iynəyarpaqlı ağaclar isə bütün ililk halqalar boyunca eyni cür quruluşa malikdir ki, bu da onun mexaniki və texnoloji xassələrinə çox böyük təsir göstərir.
Mikroskopik quruluşu öyrənilərkən bütün ağac cinslərində traxeid və libroform məsamələrin, onların ölçüsünə və sayına tez və gec yetişən qatlarda isə traxeid və libroformun qalınlığına xüsusi fikir verilir.
Dostları ilə paylaş: |