Baki – 2020 Mövzu Yumurta


Eskiz dəftərləri 40, 60, 90 və 120 vərəq həcmində istehsal olunur. Bu qrup dəftərlər150x205 mm ölçülərdə olmaqla G markalı



Yüklə 0,9 Mb.
səhifə294/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   290   291   292   293   294   295   296   297   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Eskiz dəftərləri 40, 60, 90 və 120 vərəq həcmində istehsal olunur. Bu qrup dəftərlər150x205 mm ölçülərdə olmaqla G markalı rəsm kağızlarından hazırlanır. Cild üçün üzlük təyinatlı kağızlardan və kartonlardan istifadə edilir.

Not dəftərləri 1m²-nin çəkisi 80 q olan 1№-li not təyinatlı kağızlardan istehsal olunur. Bunun üzü üçün bəzən cild təyinatlı kartonlardan və bəzən də üzlük kağızlarından istifadə edilir. Bəzi hallarda isə üzlük kartonlarına məxmərə bənzər kağızlar da yapışdırıla bilir. Belə dəftərlərin həcmi 8, 20, 40 vərəqlərdən ibarərdir. Not dəftərlərinin vərəqləri ya metal qarmaqla və yaxud da metal yayla bir-birinə bərkidilir.

Albomlar. Albomlar müxtəlif təyinatlı ola bilər. Buraya rəsmxət, şəkil, foto, marka, otkrıtka, qrammafon valları, şeir yazmaq üçün və s. təyinatlı albomlar daxil edilir.

Çertyoj və rəsm albomları 1m²-nin çəkisi 112-160 q olan çertyoj və rəsm kağızlarından istehsal olunur. İstehsalında müxtəlif markalı rəsm kağızlarından və üzünə başqa örtücü materiallar yapışdırılmış cild növlərindən istifadə edilir. Vərəqlərinin bir-birinə birləşdirilməsi konstruksiyasına görə albomlar yığılmış və ya bütöv vərəqədən hazırlananlara ayrılır. Bunların həcmi 40 və 100 vərəqlərdən ibarət olmaqla 210x148, 297x210, 420x297 mm ölçülərdə hazırlanır.



Markalar üçün olan albomlar 1m²-nin çəkisi 130 q olan ağardılmış qalın kağızdan və yaxud da adi karton növlərindən hazırlanır. Hər bir səhifəsində bir neçə cərgədə markaları bərkitmək üçün plastik kütlədən hazırlanmış bərkidicilər yerləşdirilir. Belə albomların həcmi 6, 8, 10, 16, 20, 36, 50 və 100 vərəqlərdən ibarət olur.

Foto albomlar vərəqlərinin 1m²-nin çəkisi 240 q olan qalın kartondan və kağızdan hazırlanır. Bunlar 2 növdə, yəni şəkilləri yapışdırmaq və yaxud yerləşdirmək üçün olur. Kartonun üzərində fotoların yerləşdirilməsi üçün bucaqlar kəsilir. Cildi bütöv kartondan, məxmərlə, cild təyinatlı parçalarla, gönlə və s. materiallarla örtülmüş formada hazırlanır. Bu albomlar 10, 20, 25, 30 vərəq həcmində istehsal edilir.

Bloknotlar. Bunlar ya xətlənmiş və yaxud da dama-dama formalı 1 və 2№-li yazı kağızlarından istehsal olunur. Cild üçün karton və üzlük təyinatlı kağızlardan istifadə edilməklə açıq və qapalı tiplərdə istehsal olunur. Bunların üzü parça, qarnitol və yaxud gönlə bəzədilir. Belə bloknotlar 50, 75 və 100 vərəqlərdən ibarət olmaqla 105x148, 148x210, 210x297 və 297x210 mm ölçülərdə hazırlanır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin