Dəftərxana mallarının təsnifatı, çeşidi və keyfiyyəti. Dəftərxana malları. Dəftərxana işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan mallar sayğaclar və hesablayıcı maşınlar, çap maşınları və lentlər, dəftərxana yapışqanları, surğuclar, knopkalar, sancaqlar, bərkidicilər, kağız deşiciləri və s. kimi mallar daxildir.
Sayğaclar və hesablayıcı maşınlar. Bunlardan ən çox yayılanı ”Feliks-M” markalı maşınlardır. Bu maşınlar əsasən vurma və bölmə riyazi üsullarını yerinə yetirirlər.
”Feliks-M” markalı maşınlar bir neçə mexanizm və hissələrdən ibarətdir. Bunlardan ən əsası hərəkət edən baraban sayılır ki, bunun sağ tərəfində 13 dərəcəli və sol tərəfində isə 8 dərəcəli sayğac vardır. Bu növ maşınlardan ən müasirləri 10 klavişli VK-1 markalı hesablayıcı maşınlar sayılır. Arifmometr maşınlarından fərqli olaraq bu növ maşınlarda rəqəmlər klavişaların köməyi ilə daha operativ qaydada yerləşdirilmiş olur. Xüsusi dəstəyin köməyilə rəqəmləri asanlıqla çevirmək olur. Vurma və bölmə əməliyyatları bu maşınlarda daha da sadələşdirilmişdir. Ölkəmizdə daha mürəkkəb hesablayıcı maşınlar istehsal edilir ki, belə maşınlara yarımavtomatik VK-2, VMK-2 və VK-3 markalı maşınlar daxildir.
Müasir dövrdə isə müxtəlif çeşidli kompüterlər bunların çoxunu əvəz edir. Onlarda aparılan əməliyyatların sayı çox olmaqla yanaşı, həm də sürətlidirlər.
Çap maşınları. Çap maşınlarının əsas hissələri hərəkət edən karetadan (arabacıqdan) kağız ötürücü valdan və mexanizmlərdən, yəni çapedici, interval, lent və geriyə hərəkət etdirən mexanizmlərdən ibarətdir. Kağız ötürücüsü valın uzunluğuna görə çap maşınları dəftərxana və portativ çap maşınlarına bölünür. Bunlarda birincisinin uzunluğu 450 mm və ikincisinin uzunluğu isə 240 mm-ə bərabərdir. Müasir dövrdə kompüterlər bunları əvəz edir.
Dostları ilə paylaş: |