Çap və hesablayıcı maşınlar üçün lentlər. Bu növ lentlərin hazırlanması üçün pambıq parçadan və yaxud boyaqla hopdurulmuş təbii ipək parçadan istifadə edilir. Rənginə görə lentlər qara, göy, bənövşəyi və yaxud qırmızı rənglərdə olmaqla, 13, 16 və 25 mm enində, habelə 5 və 8 m uzunluqda hazırlanır. Hopdurulma dərəcəsinə görə lentlər 5 qrupa bölünür. Lentlər müvafiq parça nöqsanlarına malik olmamalıdır. Bunların yaratdığı şriftlər dəqiq, aydın və yağlı olmalıdır.
İdarə yapışqanları. Buraya silikat, nişasta, kantor, kazein, qlikon, universal və sindetikon yapışqan növıləri daxildir. Bu yapışqanlar bir-birindən tərkibinə və quruma müddətinə görə fərqlənirlər. Silikat yapışqanları natrium silikatın məhlulu olmaqla boz rənglidir, quruma müddəti 4 dəqiqədən çox deyildir. Nişasta yapışqanı bir qədər qatı tərkibə malik olmaqla tədricən quruyur. Kantor yapışqanı bir neçə növ bitkinin şirəsinin qarışığından hazırlanır, tutqun rəngi vardır, 2-3 dəqiqə ərzində quruyur. Kazein yapışqanı yaxşı yapışdırma qabiliyyətinə malikdir. Sümük yapışqanı və sindetikon yapışqanı dəftərxana işlərində çox az tətbiq edilir.
Surğuc tərkibcə kanifoldan ibarət olmaqla tərkibinə tabaşir, gips və boyayıcı maddələr əlavə edilir. Ticarətə düzbucaqlı çubuq formasında daxil olur.
Knopkalar ştamplama üsulu ilə poladdan və yaxud sarı mis lövhəsindən müxtəlif formada və ölçülərdə olmaqla 4 nömrədə hazırlanır. Sancaqlar və skrepkalar da müxtəlif ölçülərdə polad məftillərdən hazırlanır.
Bu qrup malların keyfiyyət göstəricilərini məmulatın konstruksiyasının keyfiyyətini, istehlak xassələrini və xarici görünüşünü xarakterizə edən xassələrə və keyfiyyət göstəricilərinə ayırmaq olar.
Metal peroların xassə göstəriciləri dedikdə, onun həndəsi ölçüsü, vəzifəsini dəqiq surətdə yerinə yetirə bilməsi, mühafizəedici örtüyünün keyfiyyəti və s. nəzərdə tutulur.
Çertyoj ləvazimatlərının keyfiyyəti bilavasitə onun tərkibinə daxil edilən cihazların konstruksiyasının lazımi vəziyyəti alması ilə xarakterizə edilir.
Yağlı tərkibə malik olan rəssamlıq boyaqlarının keyfiyyət göstəriciləri rəngi, şəffaflığı, işığa davamlılığı, quruma müddəti və s. göstəricilərlə xarakterizə olunur. Göstərilən hər bir xassə üzrə hər bir boyaq üçün müəyyən keyfiyyət göstəriciləri üzrə kəmiyyət ifadələri təyin edilmişdir. Keyfiyyət üzrə bu qrup məmulatların yoxlanması zamanı müvafiq standartlardan və texniki şərtlərin normalarından istifadə olunur.
Məmulatın xarici görünüşü onların səthinin emal xüsusiyyətləri və arayışlandırılması ilə, düyünlərin, zədələnmələrin və qopma hallarının olmaması ilə, deformasiyanın olub-olmaması ilə, düzxətliliyinin pozulub-pozulmaması ilə xarakterizə olunur. Bundan əlavə, bu qrup malların üzərində göstərilən rəqəmlər, işarələr, bölünmələr və s. kimi əməliyyatlar aydın və dəqiq surətdə yerinə yetirilməlidir.
Dostları ilə paylaş: |