2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Məktəb-yazı mallarının keyfiyyətinin ekspertizası. Kağız-karton və məktəb yazı malları yoxlama zamanı ekspertin mal qarşısında qoyduğu tələblərə cavab verməklə yanaşı, son anda yoxlamanın sənədləşdirilməsi üçün nəzərdə tutulmuş formada aktlaşdırılmalıdır. Aktlaşdırılma zamanı ekspertlərin rəyi ilə mal sənədlərində göstərilmiş məlumatlar müqayisə edilir və onların standarta uyğunluğu müəyyən edilir. Ağlıq, mexaniki-fiziki xassələr, malın çəkisi, qalınlığı, hətta su çəkməsi metodikaya əsasən cihazlarda aparılır.
Alınmış nəticə istehlak tələblərinə əsasən qiymətləndirilməklə malların yararlılıq həddi müəyyən edilir.