Baki – 2020 Mövzu Yumurta


Mövzu 29: İdman və turizm mallarının keyfiyyətinin ekspertizası



Yüklə 0,9 Mb.
səhifə305/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   299   300   301   302   303   304   305   306   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Mövzu 29: İdman və turizm mallarının keyfiyyətinin ekspertizası
Plan:

1. İdman və turizm mallarının keyfiyyətinə verilən tələblər (ekspert rəyi)


1. İdman və turizm mallarının keyfiyyətinə verilən tələblər (ekspert rəyi)
Məlum olduğu kimi, idman və turizm malları fiziki idman məşğələləri və turist səfərlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulur. Bu nöqteyi-nəzərdən bütün idman və turizm mallarının keyfiyyətinə qarşı aşağıdakı ümumi tələblər qoyulur:

1. İdmançıların fizioloji xüsusiyyətlərindən və iş prosesi zamanı məmulatın özünü göstərməsindən asılı olaraq konstruksiyanın səmərəliliyi.

2. İstehsal yerindən, müddətindən və istehsaledici firmasından asılı olmayaraq məmulatın tam konstruksiyasının, materialının, kütləsinin, ölçüsünün müəyyən edilmiş texniki – normativ sənədlərin tələblərinə tam uyğunluğu; bu göstəricinin pozulması idmançının lazımi idman tapşırığının yerinə yetirilməsinə, yüksək ustalığının, bacarığının aşkar edilməsinə və s. əsaslı surətdə təsir göstərir və bu göstəricilərinə görə də ölkəmizdə istehsal edilən idman malları mütləq beynəlxalq yarış tələblərinin səviyyəsinə tam surətdə uyğun gəlməlidir.

3. İdman mallarının istehsal üçün tətbiq olunan materiallar məmulatın konstruksiyasından, təsir qüvvəsinin böyüklüyündən asılı olaraq seçilməlidir, tələb edilir ki, materiallar lazımi davamlılıq göstəricilərindən asılı olaraaq ehtiyat tələb göstəricilərinə də malik olsun, bu isə idmançının müvəffəqiyyətli və qorxusuz çıxışı üçün zəmanət verir, bunların istehsalına sərf edilən yeni növ xammal və materiallar tədqiqatdan keçirilməli və alınmış göstəricilər isə məmulatın təlimatında göstərilməlidir.

4. İdman mallarının yüksək estetik göstəriciləri birinci növbədə onların funksional təyinatı və xarici görünüşü ilə tam surətdə uyğunlaşmalıdır.

Gimnastika zalının təmin edilməsi üçün lazım olan ləvazimatlar dəqiq istehsal olunmalıdır. Çünki onların əsas hissəsi böyük dinamik qüvvə altında istifadə edilir. Tələb edilir ki, onların xarici görünüşü, arayışlandırılması, birləşdirilən hissələrinin yerlərinin, materiallarının keyfiyyəti yüksək tələblər səviyyəsinə cavab verə bilsin.

Gimnastika ağacları, doldurulmuş toplar və s. ölçücə, çəkicə dəqiq, xarici səthi hamar olmalı, istifadəsi tam rahatlılığı təmin etməli və topun içərisi eyni səviyyədə doldurulmalıdır. Nərdivanlar və sürüşmək ləvazimatlarının üz səthi hamar olmalı, qabarcıq yerlərə rast gəlinməməli, paralel tirlər dözümlü olmalı, dayaq maexanizmləri dəqiq olmalıdır. Birləşdirilən yerlərdə yapışqan axmasına və deformasiya olmasına icazə verilməməlidir.

Tirlərin davamlılığı, möhkəmliyi, upruqluğu xüsusi əhəmiyyətli məsələdir. Bu göstəricini təcrübəvi olaraq müxtəlif hündürlüyə malik tirlərin tən ortasından təkrarən 5 dəfə 240 kq və alçaq tirlərdən isə 150 kq yük asmaqla təyin edirlər. Bu zaman göstərilən yük altında ən çox əyilmə 100-130 mm-dən çox olmamalıdır. Yük götürüldükdən sonra tirlərdə qalıq deformasiya və çatlama hallarına rast gəlinməməlidir.

Gimnastika ləvazimatlarının keyfiyyət göstəriciləri dedikdə bunların dözümlülüyü, etibarlılığı, üzlük və doldurucu materiallarının keyfiyyəti, yəni onun bütün sahəsi boyunca eyni səviyyədə doldurulması və örtülməsi, kənar yerlərinin lazımi səviyyədə dartılıb bərkidilməsi və s. kimi göstəriciləri başa düşülməlidir.

Bəzi ləvazimatlarda istifadə edərkən onlar qırılma yaxud cırılma təhlükəsinə məruz qalır. Bu baxımdan halqaların qırılmaya qarşı davamlılıq göstəricisinin müəyyən edilməsi xüsusi əhəmiyyətə malikdir. Belə ki, halqaların qırılmaya qarşı davamlılığını 15 dəqiqə ərzində ondan 300 kq yük asmaqla müəyyən etmək olar. Bu zaman yüksək keyfiyyətli halqalar göstərilən qüvvənin təsirinə davam gətirməlidir.

Gimnastika üçün nəzərdə tutulan turniklər lazımi etibarlılığa və təhlükəsizliyi təmin etməlidir.

Yüngül atletika ləvazimatları üçün əsas keyfiyyət göstəricisi onların çəkisinin və uzunluğunun dəqiqliyidir. Bunlarda rast gəlinən fərq göstəriciləri standart və texniki şərtlərin normalarından uzaqlaşmamalıdır.

Digər idman ləvazimatlarından sayılan çəki daşlarının da özlərinə məxsus keyfiyyət göstəriciləri vardır. Belə göstəricilər sırasına onların çəkisinin dəqiqliyi, materialının keyfiyyəti, konstruksiya elementlərinin etibarlılığı və s. aiddir. Ştanqların qolunun asanlıqla öz oxları boyunca fırlana bilməsi üçün onların halqaları öz yerində tam axıra qədər oturmalıdır. Hərəkət zamanı onun qollarında qalmaq deformasiyası baş verməməlidir. Ayrı-ayrı detalların üzü dəqiq xromlanmalı və cilalanmalıdır, daxili tərəfdən halqaların üzü yağlı boyaq ilə boyanmalı, xarici səthi isə xromlanmalıdır.

Boks üçün nəzərdə tutulan məşq avadanlıqları həmişə yüksək dinamik qüvvəyə məruz qalır. Buna görə də bunların hazırlanmasına yüksək keyfiyyətli xam materiallar tətbiq edilir. Bunların tikilməsində davamlı saplardan istifadə ediməli, nömrəsi düzgün seçilməlidir, tələb edilir ki, əlcək üçün istifadə edilən gönlər saya görünüşlü, davamlı olsun, doldurucu materialı möhkəm və bütün yerlərində eyni qalınlığa malik olsun.

Qılınc oynatma üçün lazım olan idman ləvazimatlarının keyfiyyətini, onun xarici görünüşünü nəzərdən keçirməklə qiymətləndirirlər. Belə ki, onların ölçülərini ölçmə cihazları və xətkeşlərlə təyin edirlər, silahların keyfiyyətini isə xüsusi şablonlarda tutuşdurmaqla təyin edirlər. Qılıncların üzərində qat yerlərinə, girintili-çıxıntılı hallara, paslanmaya və digər nöqsanlara qətiyyən yol verilməməlidir. Onların tiyələri upruq xassəyə malik olmalıdır.

İdman toplarının üzü və kamerası lazımi standarta və ölçü göstəricilərinə uyğun gəlməlidir. Kameralar germetik və şara bənzər formaya malik olmalıdır. Tennis üçün raketlər lazımi çəki və ölçü göstəricilərinə, bəzədilməyə uyğun olmalı, ağac materialı yaxşı emal edilməli, yapışqan izlərinə və s. rast gəlinməməlidir. Xokkey ağacları üçün keyfiyyət göstəriciləri onların upruqluğu, möhkəmliyi, forması və ölçüsü hesab edilir ki, bunlar da müvafiq normalara cavab verməlidir.

İdman xizəkləri də özlərinə məxsus keyfiyyət göstəricilərinə malik olmalıdır. Bu keyfiyyət göstəricilərinə minimum çəkidə lazımi davamlılığa cavab verməsi, yüksək upruqluğa malik olması və həm də müəyyən dərəcədə bərkliyə cavab verməsidir.

Fiqurlu konki sürənlər üçün nəzərdə tutulan xizəklərin keyfiyyət göstəriciləri əsasən onun metal tiyəsinin xassəsinə, qalınığına, bərkliyinə görə təyin edilir. Xizəyin tiyəsinin üz səthləri hamar, düz xətli olmalı, xrom və nikel örtüyü qopmamalı, yaxşı cilalanmalı, eyni səthə malik olmalı, ləkəsiz və paslanmamalıdır.

Alpinizm və turizm ləvazimatları da keyfiyyətli xam materiallardan hazırlanmalı, lazımi qalınlığa və uzunluğa malik olmalı, davamlı olmalıdır. Tələb olunur ki, bu qrup məmulatların hər birisi istifadə üçün rahatlığı təmin etsin, ağır olmasın və bir yerdən başqa yerə daşınması, aparılması asan olsun.

Motosiklet və velosipedlərin hər bir detal və qovşaqları yumşaq işləməli, etibarlı idarə edilməli, tormozları düzgün işləməli, oturacaqları rahat və etibarlı olmalıdır. Bir sözlə, bütün texniki göstəriciləri onların pasportlarında göstərilən normalara uyğun gəlməlidir.Motosiklet, motoreller və mopedlər üçün zəmanət müddəti təyin edilmişdir.

Ovçuluq və balıqçılıq mallarının keyfiyyəti onların texniki istismar göstəricilərinə, estetik xassələrinə, standartlaşdırılma və unifikasiya edilmə səviyyəsinə əsasən qiymətləndirilir.

Ovçuluq və balıqçılıq malları birinci növbədə etibarlı və uzunömürlü olmalıdır.

Bu qrup malların estetik xassələrinə lazımi tələblərə cavab verməsinin də xüsusi əhəmiyyəti vardır. Belə ki, tüfənglərin qundağı və qundaq yatağına vurulmuş naxışlar onun görkəmini daha da yaxşılaşdıra bilər.

Ovçuluq mallarının standartlaşdırılması və unifikasiyalaşdırılması dərəcəsi daha yüksəkdir. Belə ki, tüfənglər, gilizlər, pistonlar, barıt və digər ləvazimatlar artıq tam halda standartlaşdırılmışdır. Lakin balıqçılıq mallarının istehsalında müxtılif texniki-normativ sənədlərdən istifadə edildiyindən bunların standartlaşdırılması dərəcəsi praktiki olaraq mümkün deyil. Hətta bir neçə növ məmulatlar yerli xammal əsəsınca, müəyyən texnoloji üsullarla, təcrübəli balıqçıların təkliflərinə və s. əsasən istehsal olunur. Odur ki, belə şəraitdə bu qrup məmulatların standartlaşdırılması da çətinlik törədir.





Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin