Yağlar, laklar, həlledicilər. Bu qrup mallar rəssamlıq işlərində böyük rol oynayır. Yağlar kətan və qoz ağacından əldə edilməklə boyaqların həll edilməsində tətbiq edilir.
Laklar təyinatına görə 2 qrupa bölünür: I qrupa bilavasitə boyağın tərkibinə daxil olanlar, II qrupa isə rəssamlıq işləri qurtardıqdan sonra onların üstündən çəkilən laklar aiddir.
Məktəbli və dəftərxana malları. Məktəbli mallarına adətən portfellər, sumkalar, qələmdanlar və digər məmulatlar daxildir.
Məktəbli çantaları və portfelləri tədris kitabları və məktəb yazı ləvazimatlarını yığmaq üçün nəzərdə tutulur. Çantalar əsasən kartondan hazırlanır. Xarici tərəfi gön və digər gönəvəzedici materiallarla örtülür. Bunlar həm əldə götürülən və həm də çiyində gəzdirilən tiplərdə istehsal edilir. Portfellər də göndən və gönəvəzedici materiallardan hazırlanır. Bunların astarı üçün pambıq parçalardan istifadə edilir.
Qələmdanlar, qələm, qələm və digər məktəbli ləvazimatlarının saxlanması üçün nəzərdə tutulmaqla düzbucaqlı və silindrvari formalarda hazırlanır. Xam material kimi müxtəlif ağac növlərindən və plastik kütlələrdən istifadə edilir.
Dostları ilə paylaş: |