Qələmlər və perolar. Ağacdan və plastik kütlədən olan adi qələmlərin əvəzinə avtomatik qaydada mürəkkəb verən avtoruçkalar istehsal edilir. Avtomatik qələmlər perolu və şarikli növlərdə hazırlana bilir.
Perolu avtoqələmlər yazıcı ucluqdan və plastik kütləsi olan gövdədən ibarətdir ki, bunun da daxilində mexanizm dəstələri yerləşir. Yazıcı ucluğunun konstruksiyasından asılı olaraq bunların peroları açıq, yarımaçıq və qapalı olur. Mürəkkəb doldurma prinsipinə görə avtoruçkalar pipetkalı və rezinli borudan ibarət olur.
Mürəkkəblər quru və məhlul halında buraxılır. Quru mürəkkəblər həb və ovuntu halında istehsal edilir. Bunlar ya isti suyun və yaxud da distillə edilmiş suyun iştirakı ilə həll edildikdən sonra istifadə edilir.
Tuşlar da quru yaxud məhlul halında olmaqla bir neçə rənglərdə istehsal olunur. Bunların rəngvericisi kimi qurumdan və yaxud boyayıcı maddələrdən istifadə olunur.
Dostları ilə paylaş: |