2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
4. Plastik kütlələr və onlardan olan məmulatların keyfiyyətinin ekspertizası
Plastik kütlələrin və hazır məmulatların keyfiyyətinin ekspertizası nəzarət orqanları tərəfindən müvafiq normativ sənədlərə uyğun aparılır. Bunun üçün əvvəlcə plastik kütlələrin təbiəti ilə tanışlıq və onların kimyəvi davamlılığı, sonra isə nümunələrin fiziki, mexaniki xassələri barədə təhlil aparılır və hazır məmulatların keyfiyyəti qiymətləndirilir. Plastik kütlələrin təbiəti ilə tanış olarkən nümunələrin xarici görünüşünə, onların qızdırılması və yandırılması, həmçinin kimyəvi təhlilin xarakterinə diqqət yetirilir. Plastik kütlənin kimyəvi dayanıqlığına görə ekspertizası zamanı onların suya, üzvi həlledicilərə, piylərə, yağlara,turşu- qələvilərə, məişət kimyəvi mühitə olan münasibəti təhlil edilir.
Plastik kütlənin fiziki-mexaniki xassəsinin ekspertizası zamanı onların sıxlığı, möhkəmliyi, istiyə davamlılığı təyin edilir.
Ümumiyyətlə, plastik kütlədən olan məmulatların keyfiyyətinin ekspert qiymətləndirilmsində onların xarici görünüşü, quruluşu, nöqsanları, həmçinin gigiyenik, fiziki-mexaniki sınaqların nəticələri yoxlanılır.