Plastik kütlənin təbiəti ilə tanışlıq. Aşağıda göstərilən ən çox yayılmış sadə üsullarla plastik kütlənin ekspertizası onların bir sıra xarici nişanələri, kimyəvi reaksiyalarla dəqiq növünün təyin edilməsin, kimyəvi təbiətinin, həmçinin onun xassələrinin təhlilinə, istifadə imkanlarının aşkar edilməsinə imkan verir.
Plastik kütlədən olan bu və ya digər məmulatların təbiətilə tanışlığın nəticəsi müxtəlif üsullarla əldə edilən məmulatların müxtəlif nişanələrinin kompleks təbiəti haqqında ilkin anlayış, onların xarici görünüşünə baxmaqla təyin olunur. Bir çox plastik kütlələr üçün məmulatın parlaqlığı, zərbə zamanı səsi və s. xarakterikdir. Plastik kütlələrin daha dəqiq kimyəvi təbiətini, onların isidilməsi və yanması, həmçinin müxtəlif spesifik kimyəvi reaksiyasının köməyi ilə əridicilərdə əriməsi vasitəsilə təyin etmək olar.
Bəzi məmulatların tərkibini plastik kütlənin kəsiyinə baxmaqla müəyyən etmək olar ki, bu da onların tərkibindəki doldurucuların olması ilə izah edilir. Dolduruculuq plstik kütlədə (polistirol, vinilplast, üzvi şüşə və s.) sınaq şüşəyəbənzər (girintili-çıxıntılı-rakovisti), dolduruculu plastik kütlədə isə sınıq dənəvari (preslənmiş fenoplast və aminoplastlar) formada olur.
Dostları ilə paylaş: |