Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə36/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Kimyəvi təhlillər. Plastik kütlələrin kimyəvi davamlılığı haqqında təhlillərin ümumi göstəriciləri yuxarıda qeyd edilmişdir. Plastik kütlədən olan məmulatların isti və soyuq suya, üzvi əridicilərə, piy və yağlara, turşu, qələvi və müxtəlif məişət kimyəvi məhlullara qarşı davamlılığının təhlilində də bu göstəricilərindən istifadə etmək lazımdır.

Məmulatların bu və ya digər mühitə qarşı davamlılığı, rənginin, parlaqlığının, deformasiyasının, habelə sınaq üçün istifadə edilən xassələrin (rəng, qoxu, məhlulun şəffaflığı) dəyişilməsinə və çöküntülərin alınmasına əsasən qiymətləndirilir. Sınağa məruz qalan məmulat sınağa qədər oxşar məmulatlarla tutuşdurulur. Bəzi hallarda məmulatın çəkisinin, xətti ölçülərinin dəyişilməsinə fikir verilir.

Isti xörək qəbulu və verilməsi ilə əlaqədr olan məmulatların qaynanmış suya qarşı davamlılığı yoxlanılır. Bu zaman məmulat 10-30 dəq qaynanmış suda saxlanılır. Bu vaxt bitdikdən sonra məmulat oradan çıxarılır, soyudulur, otaq temperaturlu suda yaxalanır, quru dəsmal ilə qurudulur və işlənməmiş məmulatla tutuşdurulur. Bəzən bu məmulatlar qaynar 1%-li sirkə turşusunun sulu məhlulu ilə yoxlanılır.

Bir çox boyanmış məmulatların sürtünməyə qarşı davamlılığı yoxlanılır. Məsələn, yağ (aminoplastdan) və yağ məhsulu saxlanılan qabların yağa və rəngə (boyaqlara) qarşı davamlılığı yoxlanılır. Bu məqsəd üçün məmulatın səthi parlaq tamponla sürtülür, tampon isə yağla hopdurulmuş olur. Bu zaman pambıq heç bir rəngə boyanmamışdır.



Düymələr yoxlanılarkən onların istismar şəraitinə oxşar mühit yaradırlar.

Palto, pencək, jilet düymələri, habelə geyimə tikilən yuyulmayan, qar və yağış təsirinə məruz qalmayan düymələr otaq temperaturunda 24 saat müddətində su içərisində saxlanılır.

Donlar üçün olan, yuyulmaya məruz qalan bəzək düymələri, isti sabunlu- sodalı sulu məhlulun təsiri altında yoxlanılır. Dəyişək düymələri isə qaynanılana qədər qızdırılmış sabunlu-qələvili məhlulda yoxlanılır.

Kimyəvi təmizləmək üçün olan geyimlərdəki düymələr, kimyəvi təmizləmə zamanı istifadə edilən üzvi həlledicilərin təsiri ilə yoxlanılır. Qadın və kişi daraqları bəzən yuyulmaya məruz qalır. Ona görə onları sabunlu-sodalı məhlulla yoxlayırlar (50ºC-də 30 dəq müddətində). Daraq məmulatlarının boyağının davamlılığı onların səthinə rütubətli ağ parçanı sürtməklə yoxlayırlar. Bu zaman parçada boyağın izi qalmamalıdır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin