Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə38/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Sorbsiya üsulu. Quru məhsul təyinatlı taralar və qablaşdırıcı materialları (peçenye, çay, quru meyvə və s.) sorbsiya üsulu iləyoxlayırlar.

Sınanan taraya (qaba), yaxud da qablayıcı materiala sorbent (çörək, peçenye, un) qoyub qapaqla örtürlər, ya da möhkəm qblaşdırırlar və 2-10 sutkayadək otaq şəraitində, ya da termostatda saxlayırlar. Müqayisə üçün həmin sorbentdən bu şəraitdə qapalı şüşə bankada da saxlayırlar. Əgər sorbentin rənginin və iyinin dəyişilməsi, xoşa gəlməz iy hiss olunursa, onda tara və yaqablaşdırıcı material nümunəsini zay (brak) hesab edirlər.



Gərilmə üsulu. Maye və yarımmaye məhsullar üçün şlədilən məmulatları gərilmə üsulu ilə yoxlayırlar. Onları xüsusi şəritdə xörək duzu, xörək turşuları (sirkə, süd), çaxır spirti, qənd və s. məhlullarında yoxlayırlar. Bu və ya digər məhlulun müəyyən miqdarını tədqiq edilən qabın və ya taranın üzərinə tökür, müəyyən edilmiş vaxt ərzində saxlayırlar. Məsələn, şampan şüşələrini bağlamaq üçün işlədilən tıxaclar (5 ədəd) üzərinə tərkibində 20%-li etil spirti olan 500 ml sulu məhlulu, 20% qənd, 1% şərab turşusu tökülür və onları bu şəraitdə 20ºC temperaturda 5 sutka müddətində saxlayırlar.

Papiros çəkmək üçün plastik kütlədən olan müştük, fit verən və s. oxşar məmulatlar üzərinə 500 ml fizioloji məhlul (1 l distillə olunmuş suya 8 q xörək duzu), zəif turşudulmuş süd turşusu (2 damcı 40%-li süd turşusu) tökülür. Bu nümunələrin digər hissələrinin (4 ədəd olmaqla) üzərinə 500 ml fizioloji məhlul, qatı natriumun zəif məhlulu (10-12 damcı 0,1%-li NaOH) tökülür. Hər iki məhlulda məmulat 37ºC temperaturda bir sutka saxlanılır.

15%-dən çox rütubətli ərzaq məhsulları saxlamaq üçün sellofanları 3%-li turşusu məhlulu və ya 1%-li sirkə turşusu məhlulunda otaq temperaturunda 48 saat ərzində saxlayırlar.

Sanitar-kimyəvi tədqiqatlar üçün olan sellofan və digər polimer, plyonka materialları, hərəsindən 5 nümunə olmaqla 10x10 sm ölçüdə nümunə üzərinə 500 ml uyğun məhlul (sirkə və süd turşusu məhlulu) tökülür və təyin edilmiş şəraitdə saxlanılır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin