1. mahut parçalar, yumşaq yundan kamvol təmiz yun parçalar;
2. qaba yundan olan parçalar.
Yayılmış və yerli nöqsanları nəzərə alaraq yun parçaların keyfiyyətinin ekspertizası təqdim olunmuş bütün partiyanın yoxlanılması ilə aparılır.
Kobud yerli qüsurlar – 2 sm-dən artıq deşiklər, sürtünmələr, 5 sm-dən artıq kəsik ləkələr, dəzgahın dayandırılması nəticəsində əmələ gəlmiş eninə zolaqlar, dolaşıqlar, 10 sm-dən artıq əriş saplarının qırılması, kəskin qırışlar, uzununa zolaqlar – kəsilməyə məruz qalır.
Kobud yerli qüsurlar olduqda qüsurun yerləşdiyi yerdən 1 sm kənara çıxmamaq şərti ilə parçanın bütün eni boyu kəsiklər edilir.
Qüsurlu yerin xətti ölçüsündən asılı olaraq ekspert parçanı ya ölçür, ya da çəkir. Ölçülmüş kəsiyin üstündə istehsal qüsuru olduqda ekspert əlavə olaraq keyfiyyət faizinin aşağı düşməsini həmin kəsikdə təyin edir.
Haşiyədə yerləşmiş və ya haşiyədən 0,5 sm dərin yerləşmiş nöqsanlar keyfiyyətin təyin edilməsində nəzərə alınmır.
Parçalarda aşkar edilmiş nöqsanlar şərti vahidlə qiymətləndirilir – ballarla.
Şərti nəzərdə tutulmuş parçada uzunluğun fərqlənməsi zamanı yerli nöqsanlara görə balların qiyməti onun faktiki uzunluğuna uyğun olaraq şərti qəbul edilmiş kəsiyə əsasən hesablanır.
Parça topu həm bütöv, həm də bir neçə kəsikdən ibarət ola bilər. Ən minimal kəsik 3 m-dən az olmamalıdır.
Şərti uzunluğu 90 balla qiymətləndirilmiş kəsikdə qüsurlar olarsa, parça müqavilənin texniki şərtinə uyğun sayılmır.
Şərti uzunluq kəsiyində nöqsanların ümumi qiyməti 30, 45, 90 baldan artıq olmamalı, keyfiyyətin aşağı salınması 2%, 7% və 15%-dən artıq olmamalı.
Dostları ilə paylaş: |