Basma naxış nöqsanları: kərtik açmalar, basmadan izi düşməyən naxış, ötürmələr (rənginə görə basmanın qeyri-bərabərliyi), basma dəzgahının saxlanması nəticəsində əmələ gəlmiş zolaq, “ötürmələr”, basma rənginin sürüşdürülməsi, müxtəlif çalarlılıq, rəng ləkələri, naxışın sürüşməsi, rəngin yayılması, çirkli basma naxış, qırıqlar, arğacın dartılıb çəkilməsi, rənglənmədən uzununa zolaqlılıq, deşiklər dəliklər və s.
Bəzəndirmə nöqsanları: qırıqlar, zəif xovlanma, qeyri-bərabər ütmə, keyfiyyətsiz dərmə (tükün qeyr-bərabər olması), maşın yağı ləkələri yağı, paslı, islanmadan qalan ləkələr, rəngdən xırda xallar, açıq rəngli ləkələr, müxtəlif haşiyəlik, tünd haşiyə, müxtəlif rənglilik, axmalar, qeyri-bərabər rəngləmə, rənglənmənin durulması, arğac saplarının əyilməsi, parçanın eninin vacib eninin olmaması, apperetlənmənin qeyri-bərabərliyi (parçanın müxtəlif sahələrində qeyri-bərabər bərklik), emal dəzgahında hərtərəfli emal cırıq haşiyə, qatlanmış haşiyə.
3.2.4. Xarici görünüşündəki nöqsanlarına görə yun parçaların keyfiyyətinin ekspertizası
Yun parçalar 2 qrupa ayrılır:
Dostları ilə paylaş: |