Baki – 2020 Mövzu Yumurta


Tikili malların keyfiyyətinin yoxlanılması üsulları



Yüklə 0,9 Mb.
səhifə97/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   93   94   95   96   97   98   99   100   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

2. Tikili malların keyfiyyətinin yoxlanılması üsulları

Tikili malların keyfiyyət səviyyəsinin yoxlanılması üçün lazımi şərait yaradılmalıdır. Bunun üçün işıqlı otaq, horizontal formalı masa lazım gəlir. Bundan başqa düymələnən tikili malların, məsələn, paltonun, pencəyin, plaşın, jaketin və digər buna bənzər məmulatların keyfiyyətinə nəzarət edərkən mütləq müqəvvalar olmalıdır.

Tikili malların keyfiyyət səviyyəsinin qiymətləndirilməsində əsasən orqanoleptik və ölçü üsullarından istifadə olunur. Bu üsullarla tikili malların xarici görünüşü, insan bədəninə oturması keyfiyyəti, materialların görünüşündə rast gələn nöqsanlar, ayrı - ayrı detalları və qovşaqlarının hazırlanması keyfiyyəti yoxlanılır.

Tikili malların xarici görkəminin keyfiyyəti insan qamətinə necə oturması və ütülənməsi səviyyəsi ilə müəyyən edilir. Bunu isə müqəvvaya geyindirməklə insan qamətini, boyunu xatırladan görkəmlə qiymətləndirmək olar.

Məmulatın xarici görkəmini təsdiq edilmiş etalon - nümunə ilə müqayisə edib yekun nəticəyə gəlmək olar. Bu zaman orqanoleptik metoddan istifadə edilir. Keyfiyyəti yoxlanılan geyim əşyası təsdiq edilmiş etalon nümunə ilə tutuşdurulur və onun xarici görünüşü normativ - texniki sənədlərdə tələblərlə müqayisə edilir.

Məmulatın keyfiyyətini xarakterizə edən əlamətlərə geyimin silueti, proporsiyası, cizgilərinin konstruksiya həlli, qovşağı, hissələri, istifadə olunan materialının tərtibatı aiddir ki, bu əlamətlər isə nümunə etalon və normativ texniki sənədlərin tələbləri ilə uyğun gəlməlidir.

Tikili malların keyfiyyətinin təyin edilməsində çiyinli və kəmərli məmulatların insan qamətinə oturması keyfiyyəti ən vacib amillərdən biridir. Əslində hər bir geyim əşyası özünün formasına görə insan bədəninin anatomik quruluşunu xatırlatmalı və bədən cizgilərini özündə əks etdirməlidir.

Təcrübədə bu məqsəd üçün orqanoleptik və ölçmə amillərindən istifadə edilir. Bunun üçün keyfiyyəti yoxlanılan tikili məmulat növü müqəvvaya geyindirilir, düymələnir, kürək və ətək hissələri, yaxası, boyunluğu, qolları düzəldilir. Yaxası olmayan üst geyimləri, yüngül geyimlər, dəyişək məmulatlarının qamətə oturması keyfiyyəti məmulatın istehsalı zamanı keyfiyyətin yoxlanılması qaydasındakı kimi nəzərdən keçirilir. Yoxlama ərəfəsində mütləq nümunə-etalon, müqəvva, xətkeş, sm-ə bölünmüş lentdən istifadə edilməlidir.

Məmulatın insan qamətinə oturması keyfiyyətini xarakterizə edən əlamət məmulatın etalon-nümunə səviyyəsilə uyğun gəlməsi sayılır. Yoxlanma ərəfəsində qırışma, sınma, əzilmə və köndələnlik kimi nöqsanlar olmamalıdır. Məmulatın yaxasının birinin digərinin üstünə çıxması səviyyəsi təsdiq edilmiş modeldən kənarlaşmamalıdır; məmulatın döş hissəsi deformasiyaya uğramamlıdır; məmulatın boyunluğu öz yerində yaxşı oturmalıdır; boyunluq boğaz hissəyə yaxşı yapışmalı, tikiş xəttini örtməlidir; məmulatın qolları nə arxadan qabağa və nə də arxaya doğru çıxmamalıdır; arxa kəsiyinin birinin digərinin üzərinə çıxması məsafəsi nümunə-etalondan fərqlənməməlidir; məmulatın üz, astar və aralıq materialları deformasiyaya uğramamalı, astarlıq materialı məmulatın aşağı ətraflarında üz materialından kənara çıxmamalı, üz və astarlıq materialları rənginə görə bir-birilərinə uyğun gəlməlidir.

Lakin bununla yanaşı materialların xarici görkəmində də bir neçə nöqsanlara da rast gəlinir.Bunun təyini metodu orqanileptik və ölçü metodudur. Yoxlanma zamanıməmulatın üz və astarlı materialları xarici görkəmcə nəzərdən keçirilir və standartların nörması və xətlərinə uyğun olaraq hazır məmulatların sortlaşdırılması prinsipinə cavab verməlidir. Yoxlanma vəsaiti kimi nümunə-etalon, xətkeş, sm-ə bölünmüş lent, lupa istifadə edilir. Yoxlanılan məmulatın keyfiyyətinixarakterizə edən əlamətlərə isə onun normativ-texniki sənədlərin əlamətlərinə uyğun gəlməsi sayılır.

Daha sonra məmulatın ayr-ayrı qovşaqları və hissələrinin hazırlanması keyfiyyəti nəzərdən keçirilir. Ilk məqamda qoşa detalların forması və yerləşməsi simmetrikliyi yoxlanılmalıdır. Bunun üçün orqanoleptik və ölçmə ölçmə metodlarından istifadə olunur. Qoşa detalları üst-üstə qoyur və onların ölçülərini təyin edirlər.

Məmulatın döş hissələrinin simmetrikliyini onların bir-birbirlərinin üstünə qoyub, qurtaracaqlarını tutuşdurmaqla müəyyən edilir. Eyni zamanda ilgəklər və düymələrin tikilməsi keyfiyyəti də nəzərdən keçirilir.

Boyunluğun forması və simmetrikliyini və qatlanması xəttinin düzgünlüyünü ortadan iki qatlayıb çiyin tikişi ilə müqayisə edirlər. Bu zaman ölçülərində kənarlaşmaya rast gəlinməməlidir.

Çiyinli məmulatların insan qamətinə oturması keyfiyyətinin formalaşmasında qolların geyimin gövdəsi ilə simmetrik yerləşməsi əsas amillərdəndir. Bunu isə öz aralarında müqayisə etməklə, çiyin tikişində qolun ağzında birinci tikişə qədər yerdə üst-üstə qoymaqla yoxlayırlar. Yoxlama zamanı əsas vəsait kimi nümunə etalon, xətkeş, santimetrə bölünmüş lent, üçbucaq və transporterlərdən istifadə olunur.

Ciblərin simmetrikliyini çiyin və boğazının tikiş xəttinin birləşdiyi küncündən , yaxud da cibin ön tərəflərinin ortasından qabaq küncünə qədər məsafəni ölçməklə təyin edirlər

Məmulatda əmələ gəltirilmiş qatlanmaların, relyef bəzək işlərinin yerləşməsi düzgünlüyünü məmulatın kənarlarından ölçməklə və yaxud da qatlanma və relyef işlərin arasındakı məsafəni ölç

Tikili malların keyfiyyətinin qiymətləndirilməsində tikiş və sırıqlarının vəziyyəti də ciddi nəzərdən keçirilməlidir. Bunu isə orqanoleptik və öçlmə metodu ilə təyin etmək olar. Tikiş və sırıq xəttlərinin düzgünlüyünü xarici görkəminə baxmaqla təyin edirlər. Məmulatın xarici görünüşünə pis təsir edən kəskin əyrilik hiss edilən zaman tikiş xəttinin uyğunluğunu ölçürlər və hansı yerində əyriliyin baş verməsini, onun ölçüsünü təyin edirlər. Tikiş xəttinin addımlarının tezliyini sırıq növlərində 5sm-ə düşən, ilgəkli tikiş xəttində isə 1 sm-ə düşən tikişlərin sayına gərə təyin edirlər. tkiş yerlərində sapların dartılması vəziyyətini baxmaqla müəyyənləşdirirlər. Yoxlama ərəfəsində xətkeşdən, sm-ə bölünmüş lentdən, parça üçün olan lupadan istifadə olunur.

Məmulatın keyfiyyət səviyyəsini xarakterizə edən əlamətlərə: tikiş addımlarının buraxılmaması , material və tikiş saplarının nə həddən çox dartılması və nə də zəif dartılması hallarının olmaması, tikiş xətlərinin və sırığının əyilməməsi, tikiş xətlərinin detalların kənarlarından nə məsafədə yerləşməsi vəziyyəti, tikiş addımlarının sayı və tikiş xəttinin eni, tikiş xəttinin qurtardığı yerlərdə bərkidilmənin olub-olmaması, sapların rəngi və dəstinin sayı aiddir. Bütün bunlar qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə müvafiq qaydada yoxlanılmalıdır.

Geyim əşyalarının bəzi detallarının daxili tərəfdən bərkidilməsi vəziyyəti də mütləq nəzərdən keçirilir və burada da orqanoleptik metoddan istifadə olunur. Bəzi detallar vardır ki, onların bərkidilməsində yapışqan birləşdirilmis üsulundan istifadə edilir. Keyfiyyəti xarakterizə edən əlamətlərə birləşdirmənin davamlılığı, bərabərliyi, texnoloji rejimə uyğun gəlməsi, detalın astarında və üzündə yapışqan izinin olmaması, soyulma və ovxalanma hallarının aşkar edilməməsi aiddir.

Bəzi detallar vardır ki, onların bərkidilməsində yapışqan birləşdirilməsi üsulundan istifadə edilir. Orqanoleptik metodla detalların bərkidilməsini əllə tərpətməklə təyin etmək olar.keyfiyyəti xarakterizə edən əlamətlərə birləşdirmənin davamlılığı, bərabərliyi, texnoloji rejimə uyğun gəlməsi,detalın astarında və üzündə yapışqan izinin olmaması, soyulma və ovxalanma hallarının aşkar edilməməsi.

Tikili mallarının ilgək yerlərinin bərkidici və digər furnitura elementlərinin bərkidilməsi və emalı səviyyəsi də keyfiyyətə təsir edən amillərdəndir. Burada da orqanoleptik və ölçmə metodundan istifadə etməklə geyimin düymələnməsini , “zəncirbəndlə” bağlanmasını məmulatı düymələmək vasitəsilə təyin edirlər. Düzbucaqlı formaya malik olan ilgəkləri düzbucaqlı üçbucağa qoymaqla , köndələn qoyulmuş ilgəkləri isə transporterlə yoxlayıb nöqsanın olub- olmamasını təyin edirlər. İlgəklərin kənarlarının gözənməsini, furnitura detallarının bərkidilməsini xarici görünüşünə baxmaqla və tikişlərinin sayına görə təyin edirlər. yoxlama vəsaiti kimi materiala aid nümunə- etalon, xətkeş, sm-ə bölünmüş lent və parça üçün lupadan istifadə olunur.

Məmulatın keyfiyyətini xarakterizə edən əlamətlərə materialın həddən çox və az dartılmaması, köndələn yerləşən naxışların ölçüsünün, formasının, istiqamətinin uyğunluğu normativ-texniki sənədlərin tələblərinə uyğun gəlməsi aiddir.

Yoxlama zamanı aralıq detallarının olub - olmaması da nəzərdən keçirilir. Bunu orqanoleptik yolla geyimin üz, astarlıq və aralıq qatlarını əllə bir-birilərinin üzərində hərəkət etdirməklə təyin etmək olar. Əsas əlamət isə normativ-texniki sənədlərin tələblərinə uyğun gəlməsidir.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin