Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə94/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

1.1. Geyimlərə verilən estetik tələblər.
Geyim insanların xarici görünüşünün müəyyən qaydada tərtib edilməsində əsas vəzifəni yerinə yetirir. Buna görə də məmulatların bədii cəhətdən tərtib edilməsi çox vacib və bəzəndə birinci dərəcəli tələb sayılır. Geyim nəinki özü- özülüyündə gözəl olmalıdır, eyni zamanda insanı bəzəndirmə qabiliyyətinə malik olmalıdır. O növ geyim məmulatları yüksək estetik tələblərə uyğun gələ bilər ki, onun modası müasir, gözəllik qanunauyğunluqlarına və tamaşaçı baxışına cavab verə bilsin. Belə halda həmin məmulat insanlarda estetik hisslərin oyanmasına və ödənilməsinə səbəb ola bilər.

Hər bir cəmiyyətin gözəllik haqqında estetik ideaları olmuşdur. Müasir şəraitdə geyimlərin estetik idealı onun istifadəsinin rahatlılığı, gözəl tərtib edilməsinin əmək və məişətə uyğun gəlməsi, həm də müasir insanın xarici görünüşünə cavab verməsidir. Ölkəmizdə avropa geyim biçiminin tətbiqi zamanı milli geyimlərin elementləri, daha çox tətbiq edilir. Milli kostyumlar özlərinin yararlılıq və estetik xassələrini özündə əks etdirə bilir.

Geyimlərin estetik tələblərinə təsir edən ən vacib amillərdən birisi moda və stildir (üslub). Stil və yaxud da üslub dedikdə müəyyən dövrün incəsənəti üçün səciyyəvi olan obrazlı sistemin ümumiliyi, bədii ifadə vasitələri başa düşülür.



Hər hansı bir üslub çərçivəsi daxilində geyimin formasında müəyyən dəyişikliklərin edilməsi modaya aiddir. Moda dedikdə müəyyən ictimai mühitdə bu və ya digər zövqlərin geyimdə ağalıq etməsi başa düşülür. Moda orjinallıqdan, qeyri-adi görünmək və yaxud fərdi zövqü ifadə edən bir şey yaratmaq cəhdindən başlanır. Insanın zövqlə və moda ilə geyinmək arzusu tamamilə təbiidir. Moda öz kostyumuna, mənzilinə, şəxsi zövq payı gətirilməsinə maneəçilik törətmir. Modanın daim dəyişməsində məişətdə yeninin və daha yaxşının yaradıcı surətdə axtarışı əks olunur. modanın səbəbi və onun zəruriliyi də elə məhz bundan ibarətdir.

Modanın dəyişilməsinə müxtəlif amillərin təsiri vardır. Buraya ilk anda istehsalına sərf edilən materiaalın dəyəri və əlverişliliyi aiddir. Bununla bərabər bu və ya digər geyim formasının genişlənməsinə idealoji amillərində böyük təsiri vardır.



Geyim modalarının dəyişilməsində insanların pisixoloji amillərinin də rolu vardır. Insan bahalanmaya, orjinallığa və yeniliyə doğru sövq etməyə daha çox həssas olur. gözəl bir geyimi görən hər bir şəxs onu özü üçün almağa can atır. Moda o zaman təsdiq edilmiş hesab olunar ki, əhalinin əksəriyyət hissəsi ona meyl etmiş olsun.

Siluet dedikdə əşyanın kölgəsinin müstəvi halında bir rəngli əksi başa dşülməlidir. Siluet məmulatın bel nahiyyəsinə yapışma dərəcəsi, çiyinin hündürlüyü və eni, qolunun biçilməsi və ətəyinin tərtibatı ilə xarakterizə olunur. siluet məmulatın bədii cəhətdən tərtibatında ən əsas element sayılmaqla modaya nisbətən daha çox hərəkətdə olur.

Geyimlərin estetik tələb xassələri onların təyinatı və istehlak şəraiti ilə təyin olunur. Məsələn, rəqs və ev işi üçün istehsal olunan geyimlərin forması tamamilə biri-birilərindən fərqlənir; müəyyən bir formanı yaratmaq üçün müəyyən xassəli parça lazımdır. Məmulatın təyinatından asılı olaraq onun rənginin, həlli və kompozisiyasının səlisliyi müəyyən edilir; müəllimlər, ekskursiya və buna bənzər sənət, peşə adamlarının geyimlərində rəngin seçilməsi elə olmalıdır ki, baxan adamların gözünü yormamaqla onları özünə cəlb etməməlidir. Lakin bunun əksinə olaraq müğənnilərin geyimlərinin rəngi elə olmalıdır ki, o dinləyiciləri özünə daha çox cəlb edə bilsin.



Geyimlərin estetik xassələri nəinki onun modelindən asılıdır, həm də materialın xassəsindən, konstruksiyasından və məmulatın texnoloji emalından da çox asılıdır. Müasir gözəl geyimlərin yaradılmasında parçanın tərtibatını, xassəsini, lif tərkibini nəzərə almamaq mümkün deyil. Onun insan bədəninə düzgün oturması dəqiq konstruksiyalaşdırmanın yerinə yetirilməsindən çox asılıdır.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin