1.2. Geyimlərə verilən gigiyenik tələblər
Geyimlərə verilən gigiyenik tələblər insanların həyat fəaliyyəti üçün olduqca zəruridir. Geyimlərin gigiyenik olması istehlakçıların həyat fəaliyyətini təmin edir. Belə ki, geyimlərin gigiyenik xassələrinin yüksək olması istehlakçının istilik itirməsini azaldır, bədəndə daimi temperaturun olması üçün şərait yaradır, orqanizmi mühafizə edir və müxtəlif iqlim şəraitində əmək qabiliyyətini saxlamağa imkan verir. Geyimlərə verilən gigiyenik tələblər insan orqanizminin fizioloji xüsusiyyətləri ilə sıx surətdə bağlıdır.
Geyimlərə verilən gigiyenik tələblərin əsas vəzifəsi ondan ibarətdir ki, onlar insanın normal həyat fəaliyyətini təmin etmiş olsun, istilik itirilməsini aşağı salmaqla bədənin daimi temperaturasının saxlanılması üçün lazımi şərait yaradsın, orqanizmanı mühafizə etməklə müxtəlif iqlim şəraitində insanın iş fəaliyyətini saxlaya bilsin. Bütün göstərilən bu tələblər bilavasitə insan orqanizminin fizioloji xüsusiyyətləri sıxı surətdə bağlıdır.
Geyimlərin gigiyenik funksiyasını nəzərə alaraq bu tələbləri iki əsas qurupa bölmək olar:
1. İnsan bədənini xarici mühitin xoşagəlməz amillərindən qoruya bilməsi. Burada aşağı və yüksək temperaturanın təsirləri, artıq günəş şüalarının, küləyin, çənin, yağışın, qarın, mexaniki zədələnmələrin təsirləri daxildir.
2. Orqanizmanın normal funksiyasını təmin etmək üçün lazımi şəraitin yaradılması. Buraya bədənin daimi temperaturasının saxlanılması, maddələr mübadiləsi məhsullarının (su buxarları, duzlar, yağlar və s.) kənar edilməsi, bədən təmizliyinin qorunması, tozun, çirkin, mikroorqanizmilərin bədənə daxil olunmasının qarşısının alınması, normal qan dövranının təmin edilməsi, normal nəfəs alma və bədən hərəkətini sərbəst olaraq təmin edilməsi kimi amillər daxildir.
Baxmayaraq ki, müxtəlif təyinatlı geyimlər üçün bu göstərilən tələblərin əhəmiyyət dərəcəsi müxtəlifdir. Lakin istənilən hər hansı bir geyim məmulatı yuxarıda adları çəkilən gigiyenik tələb göstəricilərinə malik olmalıdır. Məsələn, qış geyimlərinə qoyulan əsas gigiyenik tələblərbədəni soyuqdan qoruması, alt geyimlərinə qoyulan əsas gigiyenik tələblər isə insan bədənində baş verən maddələr mübadiləsi məhsullarını özünə cəlb etmək və ətraf mühitə verməkdən ibarətdir.
Xüsusi təyinatlı geyimlər insan orqanizmasını kimyəvi, radioaktiv, bakterioloji təsirlərdən qorumaqla yanaşı onlar bir neçə əlavə tələblərə də cavab verməlidir.
Gigiyenik tələblərin ödənilməsi öz növbəsində bir neçə amillərdən yəni materialların xassəsindən (lifin növü və xassəsi, parçanın quruluşu, həcmi çəkisi) modelin seçilməsindən, məmulatın konstruksiyasının emalından çox asılıdır.
Məlumdur ki, geyim insan bədəninin 80%-ə qədərini örtə bilir və bununlada bir başa günəş şüalarının, istinin, küləyin, yağışın təsirindən qorumaqla orqanizmanı artıq istilik itirmədən və qızmadan qoruya bilir. Geyim ilə bədən arasında mikroiqlim şəraiti yaradır.
Insanın normal həyat fəaliyyətinin qorunub saxlanılmasında geyimlərin formasının, insan ölçüsünə uyğunluğunu, onun buxar və hava keçirməsinin, hiqroskopikliyinin, çəkisinin ağır olmasının, az çirklənməsinin və elektrikləşməsinin də böyük rolu vardır. Geyimlərin gigiyenik cəhətdən əlverişli olmasında materialın rənginin də müəyyən rolu vardır. Geyimin rəngi günəş şüalarının qəbul edilməsində və dəf edilməsində böyük əhəmiyyəti olduğundan isti şəraitdə belə geyimlərin əlverişli olması daha məqsədəuyğundur. Məlumdur ki, ağ material günəş şüalarını 98% dəf edirsə, qara material isə 99,5% udur. Qırmızı rəng istilik şüalarını yaxşı dəf edir və materialı qızmadan qoruyur. Qara material çirklənməni gizlədir, bununlada onun gigiyenik xassəsi pisləşir.
Geyimlərin gigiyenik xassəsini lazımi tələb göstəricilərinə uyğun gəlməsində çirklənmənin və elektrikləşmənin də xüsusi rolu vardır. Materialın toz götürməsi onun xarici səthinin xarakteri ilə müəyyən olur. Bundan əlavə burada lifinin növü və məmulatın konstruksiyasının da əhəmiyyəti çoxdur. Məlumdur ki, hamar səthli material tozu az götürür, lakin xovlu və mürəkkəb tikiş sırıqlarına malik məmulat nisbətən çox toz götürə bilir. Geyimlərin çirklənməsinə təsir edən ən vacib şərtlərdən birisi parçanın elektrikləşməsidir. Adətən sintetik və süni liflərin bəziləri yüksək elektrikləşmə xassəsinə malik olduğundan bu növ materiallardan olan geyimlər istehlak zamanı asanlıqla çirklənirlər.
Dostları ilə paylaş: |