Məmulatın aralıq detalları. Proses ərəfəsində məmulatın aralıq hissələrinin və detallarının olub - olmaması, aralıq detalları üçün istifadə edilən materialların təsdiq edilmiş nümunə etalona uyğun gəlməsi kimi əlamətlər yoxlanılır.
2.3. Tikili malların modeli, ölçüsü və boyunun təyini ekspertizasının keçirilməsi xüsusiyyətləri
Məmulatın modelinin təyini alınmış malın nümunəsi və ya əvəzedicisi ilə müqayisə edilməklə keçirilir. Bu müqayisə xarici görünüşə aparılır. Alınmış malın nümunəsi olmadığı halda, model müqaviləyə əlavə edilmiş məmulat və ya normativ sənədlərlə müqayisə edilir.
Mal partiyasından tək məmulat təqdim edildiyi halda, ola bilər ki, məmulatın üzərindəki markiralanmada ölçü göstərilməsin, komplektlərin ayrı-ayrı məmulatlarının hər birinin ölçüsü müxtəlif olsun. Tələb olunan göstəricilər müqavilədə göstərilməyibdirsə, ölçülərin təyini həmin partiyadan məmulatla analoji, üzərində düzgün markiralanması olan məmulatla tutuşdurulur, daha doğrusu, nəzarət yarlığı və malın üzərindəki yarlıq tutuşdurulur. Nəzarət yarlığı hər bir məmulatın içəri tərəfinə tikilən kiçik parça yarlıqdır ki, burada ölçü göstərilir. Bu yarlıq adətən məmulatın yan tikişlərinə bərkidilir.
Ölçünü və boyu təyin etmək üçün əsas ölçüsü götürülən hissələr aşağıdakılardır:
Ölçü: - Üst geyimlər üçün – məmulatın qol yerinin eni; ətəklərin ən ensiz hissəsində eni; kürək hissəsinin ən ensiz yerdən eni; - Yubka üçün – bel və omba xətti üzrə eni; - Şalvar üçün – yarım kəmərin uzunluğu; - Köynək üçün – yaxalığın uzunluğu və məmulatın qol yeri hissəsi səviyyəsində eni.
Boy: - Üst geyim – kürək və qolun uzunluğu; - Yubka – arxa ətəyin ortasından uzunluğu; - Şalvar – yan tikiş boyu uzunluğu; - Köynək – kürək və qolların uzunluğu.
Dostları ilə paylaş: |