Konstruksiya və tikiş texnologiyasının qüsurları. Yaxalıq və ya laskan dartılmış və ya artıq tikilmişdir. Məmulatın qabaq və kürək hissəsinin materialının əyriliyi. Məmulatın ətəklərinin əyriliyi. Məmulatın qolları arxaya və ya önə kənarlaşma ilə bərkidilmişdir. Yaxanın aralıq materiala ilgəyin kəsiyindən görünür. Ciblərin uzunluğu müxtəlifdir. Şalvarın yarım hissələrinin əyriliyi.
Astarın üzlə birləşdirilməsinin qüsurları.Astar ölçüsünə görə məmulatın üzünə uyğun gəlmir. Bel nahiyəsində birləşdirilmiş və ya düymələnmiş astar əyridir.