Baki – 2020 Mövzu Yumurta


Mexaniki zədələnmə və çirklənmə qüsurları



Yüklə 0,9 Mb.
səhifə104/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   100   101   102   103   104   105   106   107   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Mexaniki zədələnmə və çirklənmə qüsurları. Elementar lif və sapların dartılması. Sürtünmə üzülmələr . Materialın dağılması. Maşın yağından, pas, mürəkkəb, yapışqan, su və çirklənmədən əmələ gələn ləkələr.
2.5. Tikili malların ekspertizasının nəticələrinin tərtib edilməsi (rəsmiləşdirilməsi)

Tikili malların ekspertizasının nəticələri bütün hallarda aktla rəsmiləşdirilir. Ekspertiza aktı yalnız bir formada olan blankda tərtib edilir. Aktlaşdırma malların ekspert təşkilatları tərəfindən ekspertizadan keçirilməsi qaydaları haqqında məlumata uyğun olaraq aparılır. Aktın tərtib edilməsində əsas göstəriciləri ekspertiza prosesi zamanı ekspertin etdiyi qeydlər təşkil edir. Bunlar aktın müəyyən edilmiş hissəsində yazılır. Mal partiyalarında istehsalat qüsurları, mexaniki təsirlərdən əmələ gələn qüsurlar və qüsursuz məmulatlar ekspert tərəfindən aşkar edilərsə, bu zaman ekspert nəticəni rəsmiləşdirərkən aşağıdakıları göstərir: İstehsalat qüsuru olan məmulatların miqdarı; Mexaniki zədə almış məmulatların miqdarı; Keyfiyyətli məmulatların sayı. Tapşırığı yerinə yetirərkən ekspert daxil olmuş malın növünün alqı-satqı müqaviləsində göstərilmiş mala uyğunluğunu təyin etməlidir. Ekspert, aktda, faktiki daxil olmuş malın ətraflı xarakteristikasını qablaşdırma və malın üzərindəki markirovka göstəricilərini, mal haqqında məlumatı - ətraflı göstərməlidir. Bütün məlumatları ümumiləşdirərkən ekspert aktda müqavilənin yerinə yetirilməsi haqqında öz son fikirlərini nəticə şəklində göstərir.

Malların keyfiyyət ekspertizasının nəticələrini əks etdirən aktda ekspert, anbarda saxlanma şəraitinin şərtlərə uyğun olmaması üzündən taranın vəziyyətini qeyri-qənaətbəxş olduğunu göstərir. O, taranın vəziyyətini göstərir, qüsurların xarakteristikasını verir, bu qüsurların malların keyfiyyətinə təsiretmə dərəcəsini göstərir, malların yerləşdirilməsi və saxlanma şəraitini ətraflı izah edir, mallar saxlanan binanın temperaturu və rütubətin səviyyəsini qeyd edir. Bunlara əsaslanaraq ekspert tikili malların zədələnmə səbəbləri haqqında ümumi nəticə çıxarır. Alıcı tərəfindən geri qaytarılmış tikili malları ekspertiza edərkən, ekspert məmulatın ümumi vəziyyətini, üzə çıxarılmış bütün istehsalat qüsurlarını, intensiv və ya ehtiyatsızlıq üzündən istifadə edilərkən əmələ gəlmiş qüsurları aktda əks etdirilir.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin