2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Yarımfanq. Fanq trikotajından fərqli olaraq yarımfanq trikotajının bir tərəfində birqat ilmələr nisbətən qısa və yuvarlaq formada olur. Tərs üzündə ikiqat ilmələr olur, bu ilmələr üz tərəfində olan ilmələrdən iki dəfə böyükdür.
Uzun ilmələr olan tərəfdə ilmə çubuq sıraları təxminən fanq trikotajında olduğu kimi ayrılır, qısa yuvarlaq ilmələr olan tərəfdə isə bu sıralar lastik trikotajında olduğu kimi bir- birinə yaxın yerləşir.
Yarımfanq trikotaj uzunundan çox eninə tərəf , lakin lastik trikotajından az uzanır.
Fanq maşınlarında çox zaman lastikdən və hamar trikotajdan ibarət mürəkkəb quruluşlu trikotaj hörülür.