Trikotaj polotnosunun dağılmaya qarşı möhkəmliyinin və uzanmasının təyini. Trikotaj polotnosunun uzanması zamanı dağılmasının möhkəmlik göstəricisi – dağılma yükü – dolayı yolla onun keyfiyyətini xarakterizə edir. Belə ki, o yaxşı keyfiyyətli xammaldan hazırlanmalı və istehsalın texnoloji əməliyyatları düzgün aparılmalıdır.
Polotnonun dağılma yükü iki metoddan biri ilə təyin edilir: polotno zolağını dartıb qırmaq və ya polotnonun növündən asılı olaraq şar ilə basmaq vasitəsilə müəyyən edilir. Birinci metodla dağılma yükünü təyin etmək üçün polotnonun eninə və uzununa 50x200 mm ölçüdə zolaq kəsilir. Zolaqların miqdarı DÜİST üzrə normalaşdırılır. Bu üsulla dağılma yükü qırıcı maşında təyin etmək olar. Maşının sıxıcıları arasındakı məsafə 100 mm olmalıdır, polotnonun növündən asılı olaraq ilkin dartılma və aşağı sıxıcıların sürəti müəyyən edilir. Bu tədqiqatın aparılması qaydası parçanın möhkəmliyinin təyinində olduğu kimidir.
Şar ilə basma üsulu ilə trikotajın möhkəmliyini təyin etmək üçün qırıcı maşından istifadə edilir. Burada sıxıcılar xüsusi qurğu ilə əvəz edilir. Təcrübə üçün diametri 60 mm girdə formalı şablon üzrə nümunə kəsilir. Büzülmüş polotnoya daxili diametri 25 mm və xarici diametri 60 mm olan kağız həlqə yapışdırılır və yalnız bundan sonra ondan xarici diametir (60 mm) üzrə trikotaj nümunəsi dairə şəklində kəsilir.
Uzanma trikotajın ən mühüm xassələrindən biridir. Tam deformasiyanın böyüklüyü və onun tərkib hissələri bir çox hallarda məmulatın istismar prosesində
özünü aparmasını təyin edir. Məmulatın xarıci görünüşünə, forma və ölçüsünə və çox davamlılığına təsir edir.
Dartıcı təzyiq altında trikotaj nümunəsinin ölçüsünün dəyişməsinə trikotajın uzanması deyilir. Trikotajın uzanması nisbi ədədlə göstərilir. Yəni onun mütləq uzanmasını əvvəlki uzunluğuna olan nisbəti faiz ilə göstərilir.
Kürə ilə (dağılma) zamanı polotnonun uzanması nümunənin səthinin böyüməsilə xarakterizə olunur. Bu da onun səthinin ilk ölçüsünə nisbətən faizlə ifadə olunur.
Trikotaj məmulatları istismar prosesində yükün təsirindən dartılır, buna görə də DÜİST – də 600 hers (6 h) yük altında trikotaj polotnosunun uzanmasının təyin edilməsinə baxılır: bu yükün təsiri altında uzanmanın böyüklüyündən asılı olaraq bütün trikotaj polotnoları üç qruppaya bölünür: 1-ci qrupa – 0 - dən 40 %-ə qədər, 2- ci - qrupa 40 %-dən 100 %-ə qədər, 3-cü – 100 %-dən çox. Polotnonun uzanması qruppası məmulatın quraşdırılması zamanı onun bədənə sərbəst oturması üçün əlavənin miqdarından asılıdır.
600 H (6 h) yükün təsiri altında trikotaj məmulatının uzanması DÜİST - ə uyğun olaraq PR – 2 markalı maşında təyin edilir. Dərslərdə bu yükün altında uzanma bir sapın qırılmasını təyin edən maşında aparılır ki, bu maşında sıxıcılar xüsusi qarmaqla əvəz edilir. Təcrübə perimetri 200 mm tikişinin sıxlığı 5 sm olan qol şəklində overlokla tikilən nümunələrdə aparılır. Nümunə qarmağa bərkidilir, maşın işə salınır, aşağıdakı qarmağa elə sürət verilir ki, nümunənin uzanmasının vaxtı (22±2) bərabər olur.
Trikotaj polotnosunun uzanmasını orqanoleptik üsulla qiymətləndirmək olar. Bunun üçün trikotaj polotnosundan 100x100 mm ölçüdə nümunə kəsilir. Həmin nümunənin üzərində kəsik yerdən 10 mm kənarda iti uclu karandaş ilə 80x80 mm ölçüdə kvadrat çəkilir. Sonra nümunənin eninə və uzununa uzanması təyin edilir. Yəni hər bir nümunə üzərində ilmə sütunları və ilmə sıraları təyin edilir. Nümunələr ilmə sütunları istiqamətində yarıya qatlanır, onun bir tərəfinin başlanğıcına miqyas xətkeşi qoyulur. Nümunə xətkeş istiqamətində maksimal güclə müəyyən həddə qədər dartılır və onun uzunluğu dartılmış vəziyyətdə təyin olunur. Həmçinin nümunənin eni ilmə cərgələrinin boyunca dartılmış vəziyyətdə ölçülür.
Trikotajın uzanması (E) aşağıdakı düsturla faizlə hesablanır.
E = Lp ∙ Lc / Lc •100,
Burada, Lp - nümunənin dartılmış vəziyyətdə uzunluğu yaxud eni, mm-lə;
Lc – nümunənin sərbəst vəziyyətdə uzunluğu yaxud eni, mm.
Dostları ilə paylaş: |