Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə116/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   112   113   114   115   116   117   118   119   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Trikotaj məmulatlarının sortunun təyini. Trikotaj mallarının keyfiyyətinin öyrənilməsinə başlayarkən, üst, dəyişək və corab-naski məmulatlarının hazırlanması keyfiyyətinə verilən texniki tələbləri ilə bu məmulatların QOST – ların "texniki tələblər” bölməsi üzrə tanış olmalı.

Trikotaj məmulatlarının xarici görünüşü, modaçı, xammal tərkibi, polotnonun strukturu, bəzəyi, tətbiq edilən materialların növü, furniturası, texnoloji emalı, xətti ölçüləri və başqa göstəriciləri standartların, texniki şərtlərin tələblərinə və nümunəyə (etalona) uyğun olmalıdır. Xammal, polotno və tətbiq edilən materiallar qüvvədə olan QOST və texniki şərtlərə uyğun olmalıdır.

Üst, dəyişək və corab-noski məmulatlarının (hər qruppadan 5-dən az olmayaraq) hazırlanması keyfiyyətinə verilən əsas tələblər qeyd olunur.

Nöqsanlı polotno nümunələrindən və məmulatlardan, həmçinin dərs vəsaitlərindən istifadə edərək trikotaj məmulatlarının nöqsanları öyrənilir. Nöqsanların qısa xarakteristikası yazılır (xarici görünüşü, ölçüsü, məmulatın xassələrinə təsiri, istehsalda əmələ gəlməsi mərhələsi).

Trikotaj məmulatlarının sortunun təyin edilməsinə aid olan QOST-ların sərbəst cədvəli tərtib edilir. Burada, QOST-ların nömrəsi və adı, təyin olunan sortların miqdarı, buraxılan nöqsanların sayı göstərilir.

Sortun təyin edilməsinə aid olan QOST-ların əsas ümumi vəziyyətinə və ayrı-ayrı qrup malların sortunun təyini üçün olan QOST-ların xüsusiyyətinə diqqət yetirilir.



Aydınlaşdırılır ki, trikotaj məmulatlarının sortu polotnonun xarici görünüşündə olan nöqsanlara və hazırlanması keyfiyyətinə, götürülmüş corab-noski cütlərində və əlcək məmulatlarında xətti ölçülərdən kənarlaşma, həmçinin polotnonun fiziki – mexaniki və kimyəvi göstəricilərinə əsasən təyin edilir.

Polotnonun fiziki-mexaniki və kimyəvi göstəricilərinin QOST-un normalarına uyğun olması hazırlanmasına zəmanət verir və adətən ticarətdə yoxlanılır.



Nöqsanların növündən, onların az görünən və görünməsi dərəcəsindən, miqdarından, ölçü və yerləşdiyi yerindən, həmçinin cüt məmulatların xətti ölçüdən kənarlaşması böyüklüyündən asılı olaraq trikotaj məmulatları birinci və ikinci sorta bölünür.

QOST-ların sortun təyin edilməsinə dair cədvəllərində birinci və ikinci sort məmulatlarda buraxılan nöqsanların sayı və ölçüləri göstərilir. Cüt məmulatlarda bundan başqa hər sort cüt məmulat üçün icazə verilən kənarlaşmanın ölçüsüdə verilir. Qüvvədə olan QOST-ları öyrəndikdən sonra trikotaj mallarının keyfiyyətcə qəbuluna başlanır.

Məmulatların keyfiyyətcə yoxlanılmasını təbii işıqda aparılması məsləhət görülür, belə ki, süni işıqda polotnonun bir sıra nöqsanlarını (müxtəlif rəngə çalmaq, zolaq və s.) çətin aşkara çıxarmaq olur.

Trikotaj məmulatlarının keyfiyyəti açıq rəngli hamar səthli stol üzərində yoxlanılır.

Məmulat brakedici (saf-çürük etmə) stolun üzərinə açıq vəziyyətdə qırışsız və büzməsiz sərilir, bu zaman məmulatın hissələrinin (detallarının) dartılmamasına nəzarət etmək lazımdır.



Üst və dəyişək trikotaj məmulatlarına baxış qabaq detallarının yoxlanılmasından başlanılır, sonra isə kürək detallarına baxılır.

Yoxlama zamanı məmulatın xarici görünüşü və bədii-estetik göstəriciləri nümunəyə (etalona) və texniki təsvirə, hazırlanma keyfiyyəti –texniki tələblərə uyğun olması təyin edilir.

Məmulatda tikişin keyfiyyəti yoxlanılır. Tikişlər möhkəm, düz, səliqəli, düz



hamar tikişli və buraxılışsız olmalıdır.

Furnituranın tikilmə keyfiyyəti yoxlanılır. Düymələr möhkəm və səliqəli tikilməlidir, onların arasındakı məsafə bərabər olmalıdır.



Məmulatların keyfiyyətinin yoxlanmasının nəticələri, yoxlanmanın metodikası və qəbulu qeyd olunur.

Sortun təyin edilməsinə dair və sort cədvəlləri olan QOST-ları rəhbər tutaraq malların saf-çürük edilməsi nəticəsində onların sortu təyin edilir.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin