Zahiri görünüş qüsurları. Trikotaj məmulatının zahiri görünüş qüsurları tətbiq olunmuş iplik və sapın qüsurundan, məmulatın hörülməsindən və bəzək vurulmasından, yanlış biçilməsindən və tikilməsindən irəli gələ bilər. Bu qüsurlardan bəziləri yalnız məmulatın zahiri görünüşü pozur, digərləri isə onun davamını və xidmət müddətini aşağı salır.
Məmulatın normadan artıq qalın və nazik olması. Bu qüsur ipliyin düz olmadığından törəyir. Eninə hörülən məmulatda bu qüsur eninə gedən zolaqlardan, uzunasına hörülən məmulatda isə uzunasına gedən ziqzaqvarı zolaqlardan ibarət olur.