Tiftiksiz yerlər. Bu qüsur trikotaj polotnosunda ləkə, yaxud zolaq şəklində tiftiksiz qalan keçəl yerlərdən ibarətdir.
Kettel tikişinin düzgün olmaması. Bu qüsur kettel tikişi günclərində əmələ gəlmiş torbalardan ibarətdir.
4. Trikotaj mallarının faktiki sayına görə ekspertiza aktının tərtib edilməsi. Ekspertiza nəticələrinin tərtibatı
Əgər malların üstündə qablaşdırma vərəqlərində konteyner və yeşiklərin spesifikasiyası yoxdursa, bu zaman ekspert malların faktiki sayına görə akt tərtib edir. Əgər yeşiklərin nömrəsinə qablaşdırma vərəqəsinin üstündəki nömrələr uyğun gəlməzsə, bu ekspertiza aktında ayrıca qeyd edilir və malın faktiki sayı göstərilir. Ekspert aktda xüsusi qeyd aparır. Bu qeyd qablaşdırma vərəqəsindəki nömrə ilə tara nömrəsinin uyğun olmaması haqqında olur və burada malların faktiki sayı onların artikulu, ölçüsü aşağıdakı kimi qeydiyyatda aparılır. Artikula əsasən məmulatların sayı və ölçüsü yeşiklərin markasında göstərilir və ya verilmiş qutunun markasında göstərilir. – məmulatda artikulu – ölçüsü. Qablaşdırma vərəqələri və taraların üstündə marka olmalıdır. Ekspert malların faktiki sayına görə ekspertiza aktı tərtib edir və aktda onların olmaması haqda qeydlər aparır.
Ekspertiza nəticələrinin tərtibatı qəbul edilmiş forma üzrə ekspertiza aktı ilə tərtib edilir. 1N-li forma üzrə ekapertiza aktı əlyazması şəklində 3 nüsxə tərtib edilir. Belə ki, bütün göndərilən partiyaya daxil olan malların faktiki sayının keyfiyyəti malları müşayiət edən sənədlərə uyğunluğu haqqında tərtib edilir. Malların keyfiyyətini yoxlayarkən əgər mal göndərən təşkilat tərəfindən heç bir etiraz yoxsa,yenə də əlyazması şəklində 3nüsxə 1N-li akt nömrəsi tərtib edilir. 2N-li formalar üzrə aktlar əlavəli ya əlavəsiz reklamasiyalı olur və çap edilir. 2N-li formalar üzrə alt malların sayının yoxlanması üzrə tərtib edilərsə, bu zaman mütləq qablaşdırma vərəqələrində göstərilmiş və faktiki müəyyən edilmiş çəki, eləcə də malların sayı o zaman qeyd edilir ki, say yoxlaması zamanı yeşiklərin qablaşdırma vərəqəsinə görə və spesifikasiya üzrə uyğunsuzluğu aşkar olunur.
Dostları ilə paylaş: |