Baki – 2020 Mövzu Yumurta


Gönlərin nöqsanlarının öyrənilməsi



Yüklə 0,9 Mb.
səhifə130/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   126   127   128   129   130   131   132   133   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

6. Gönlərin nöqsanlarının öyrənilməsi
İşi yerinə yetirmək üçün aşağıdakıları öyrənmək lazımdır: göndə rast gələ bilə nöqsanları, qısalmanı, sınmanı, qırışmasının təyini metodlarını və sortunun təyin edilmə qaydası. Nümunələrin albomlarından, sortlaşdırma üçün olan standartlardan istifadə edərək gönlərdə rast gələn xammal və istehsal nöqsanlarını öyrənirlər. Bu zaman nöqsanları ölçmə üsullarına görə xətti və sahəsinə görə, ölçülən gönün sahəsini zədələnməsi dərəcəsinə görə yerli, ayrı-ayrı sahələri zədələyən və ümumilikdə gönün keyfiyyətini aşağı salan nöqsanlara bölürlər.

Gönün qısalma, sınma və qırılmasının təyini metodlarını öyrənirlər.

Gönün qısalmasının təyini. Ayaqqabının üzü üçün olan xrom gönlərinin üz səthinin qısalmasını alüminium və ya bərk ağacdan olan yoxlayıcının köməyi ilə təyin edirlər. Gönün müşahidəsi zamanı yoxlayıcı onun astar üzünə sıxılmaqla dartılır. Bu zaman onun iti ucu 45º-lik bucaq altında gönün üzərinə əyilir. Ayaqqabı üçün olan yuft gönünün qısalması müşahidə edilən zaman üz səthi xaricdə olmaqla material dörd qat qatlanır və qatlanmış xətdən 17 mm aralı barmaqla sıxılır. Şevret gönünün qısalmasını yoxlayarkən üz səthi xaricdə olmaqla dörd qat qatlanmış gönün bucaqları barmaqla sıxılır.

Ayaqqabının altı üçün olan gönlərin sınmasının təyini. Götürülmüş gön nümunəsi müəyyən diametrli valın ətrafına üz səthi xaricdə olmaqla sarınır. Valın diametri podoşlu üzünə sap-yapışqan üsulu ilə bərkidilən podoşluq gönlər üçün 40 mm, vint üsulu ilə bəkidilən və qalınlığı 4 mm-ə qədər olan gönlər üçün 80 mm, 4 mm-dən yuxarı qalınlığa malik gönlər üçün isə 100 mm-dən az olmamalıdır.

Gönlərin qırılmasını təyini. Xrom gönlərinin qırılması üz səthinin daxilə 90º-lik bucaq altında qatlanması ilə təyin edilir. Əgər gönün qatlanmış yerində hamarlandıqdan sonra itməyən qırışlar əmələ gələrsə, onda belə gönlər qırışmaya qarşı davamsız hesab edilir. Hamarlandıqdan sonra itən və əhəmiyyətsiz qırışlar gön üçün nöqsan sayılmır. Ayaqqabı üçün yuft gönü diametri 20 mm olan val ətrafında üz səthi daxilə olmaqla sarınır və beləliklə qırışması təyin edilir.

Gönlərin sortlaşdırılmasının təyini standartları ilə tanış olaraq (xrom ayaqqabısını altı üçün olan, sap-yapışqan üsulu ilə birləşdirilən gönlər) gönlərin standartlaşdırılması qaydası mənimsənilir.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin