7. Ayaqqabı istehsalında tətbiq edilən gön xammalının fiziki-mexaniki analizi
Fiziki-mexaniki xassələrin öyrənilməsi üçün nəzərdə tutulan gön nümunələri standartda nəzərdə tutulan hərarətdə və rütubətdə saxlanılır (t=20º±3º və φ=65±5%). Çünki rütubət gönün fiziki-mexaniki xassələrinə təsir edir. Belə şəraitdə saxlanılmış materialı nümunələrə ayırırlar, hansı ki, təcrübəyə qədər onlar da yuxarıda göstərilən şəraitdə saxlanılmalıdırlar.
Gönlərin uzanmaya və qırılmaya qarşı davamlılığının təyini. Gön materialından xüsusi maşının köməyi ilə lazımi formada nümunələr hazırlanır. Nümunənin işçi hissəsinin ölçüləri uyğun olaraq uzunluğu uyğun olaraq L0 50 mm və eni b=10 mm olmalıdır.
L0 uzunluğunda qələmin və ya mürəkkəbin köməyi ilə aralarındakı məsafə 10 mm olan 5 sahəyə bölürlər. 1, 3 və 5-ci hissələrin qalınlığı və enini ölçürlər. Qalınlıq 0,01 mm dəqiqliyində ölçülməlidir. Uzunluğunu və enini isə 0,1 mm dəqiqliklə ölçürlər.
Ölçmənin nəticələri ayrı-ayrı hissələrdə nümunənin en kəsiyini bilməyə imkan verir.
10 n/mm² gərilmə zamanı uzanmanın təyini. Təcrübə üçün standart formalı nümunədən istifadə edilir. Əvvəlcə orta qalınlığa və eninə görə nümunənin en kəsiyinin sahəsi tapılır.
Nümunə şaquli vəziyyətdə dinamometrin (dartıcı maşının) məngənələri arasında yerləşdirilir. Nümunənin ucları məngənənin ağzı ilə bərabər oturdulur, işçi hissə isə məngənələr arasında yerləşdirilir. Alət işə salınır və qüvvə lazımi həddə çatdırılmaqla şkalada nümunənin uzanmasını l ilə qeyd edilir. Əgər dinamometr özü yazan avtomatik cihazla təchiz edilmişdirsə, diaqramdan istifadə edərək uzanmanın həddini təyin etməklə ona müvafiq qüvvə tapılır.
Yuxarıda göstərilən (10 n/mm²) qüvvənin təsiri altında nümunə (epsilon) qədər uzanacaq. Nisbi uzanma aşağıdakı düsturla hesablanır.
ı = / 0 •100
Burada, – göstərilən qüvvənin təsiri altında uzanma, mm-lə;
0 – nümunənin əvvəlki uzunluğu, mm-lə.
Qüvvənin başqa qiymətlərində də uyğun nisbi uzanmaları tapmaq mümkündür.
Dartılma zamanı gönlərin uzanmaya və qırılmaya qarşı davamlılığının təyini. Təcrübə üçün dinamometri elə nizamlamaq lazımdır ki, gönün qırılmasına 10-30 saniyə vaxt sərf edilsin. Nümunə qırılan kimi dinamometri dayandırırlar və göstəricini qeyd edirlər: cırıcı yükün miqdarını (yük şkalası üzrə) və qırılma baş verən sahəsinin nömrəsini qeyd edirlər.
Uzanma zamanı davamlılığı aşağıdakı düsturla təyin edirlər:
= Pb / F
Burada, Pb – qırıcı qüvvənin qiyməti, n;
F – qırılma baş verən sahənin en kəsiyinin sahəsi, mm².
Dostları ilə paylaş: |