2. Gön ayaqqabılarının ekspertizasının növləri və aparılması qaydası
Məlum olduğu kimi, ekspertlərin praktiki fəaliyyətində ekspertlərin qarşısında qoyulan məqsədlərdən asılı olan bu proses müxtəlif qaydalarda yerinə yetirilə bilər. Bunların sırasında ekspertizanın aşağıdakı növlərini qeyd etmək olar:
1. Ayaqqabıların kəmiyyətcə ekspertizası
2. Ayaqqabıların keyfiiyyətcə ekspertizası
3. Dəmiryolu sifarişi üzrə ekspertiza
4. Məhkəmə-tədqiqat orqanlarının sifarişi üzrə ekspertiza
5. Nəzarət ekspertizası
6. Təkrar ekspertiza
Ayaqqabı mallarının ekspertizasının keçirilməsindən əvvəl mütləq malların saxlanması şəraitinə də diqqət yetirmək çox vacibdir. Çünki, malların saxlanması zamanı havanın temperaturunun aşağı və yüksək olması, yüksək rütubətlilik və günəş şüasının birbaşa malın üzərinə düşməsi onun keyfiyyətinin dəyişməsinə səbəb olan amillərdəndir. Ayaqqabı təyinatlı təbii gönlər həm alçaq və həm də yüksək temperaturun təsirindən qısalmaya da məruz qalır. Nəticə etibarilə ayaqqabılarda deformasiya halları, gönün səthində xırda çat izləri, büzülmə halları, rant detalı ilə açıqlıq materiallarının birləşdirildiyi yerlərində qabarmalar, ovulub tökülməsi əlamətləri baş verir.
Müəyyən edilmiş normadan yuxarı nisbi rütubətli şəraitdə gön ayaqqabılarının keyfiyyətinə mənfi təsir göstərir. Belə ki, təbii gön materialları hiqroskopik materialları sırasına aid olduqlarından, ayaqqabının üzlük materiallarında qırışma izləri, metal elementlərində paslanma izləri, detallarda kirlənmə yerləri yarana bilər. Uzunmüddətli saxlanma ərəfəsində temperatur və rütubət normalarına əməl edilmədikdə, ayaqqabı materiallarında, xüsusilə də gön əvəzedicilərdən olan ayaqqabı hissələrində köhnəlmə halları baş verdiyindən materiallarda çatlaşma və örtük mənbələrində tökülmə üzləri əmələ gəlir. Nəticədə materiallarda qabarıq və kövrəkləşmə əlamətləri baş verir.
Bəzi növ ayaqqabıların üzlük və astarlıq materialları yun və s. növlərindən və xəzdən olduqda gəmiricilərdən qorumaq üçün lazımi maddələrdən istifadə edilməlidir.
Dostları ilə paylaş: |