Baki – 2020 Mövzu Yumurta


Gön ayaqqabıların kəmiyyət ekspertizası



Yüklə 0,9 Mb.
səhifə135/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   131   132   133   134   135   136   137   138   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Gön ayaqqabıların kəmiyyət ekspertizası. Qəbul ərəfəsində kəmiyyətcə ekspertizanın aparılması bir neçə məqsədləri daşıyır. Buraya ayaqqabının sayının malı müşayət edən sənədlərdə göstərilən miqdara uyğun gəlməsi; bağlanmış müqaviləyə uyğun olaraq ayaqqabının qablaşdırılmasının düzgünlüyü; ayaqqabının növünün, modelinin, artikulunun, adlarının malı müşayət edən sənədlərdə göstərilən məlumatlara uyğunluğu; artikulunun, ölçüsünün və firma markasının kontraktı uyğunluğu; ayaqqabı cütündə hər bir tayının markalanmasının düzgünlüyü; bağlanmış müqaviləyə və nümunə-etalona uyğun gəlməsi kimi məqsədləri güdür.

Bunun üçün ekspert əvvəlcə malı müşayət edən sənədlərlə tanış olarkən, əvvəlcə mal partiyasının ümumi miqdarını, kontraktın, mal göndərənin, istehsal edici firmanın nömrəsinə, vaqonun və dəmiryol nəqliyyatının nömrəsinə, malın daxil olması tarixinə ciddi fikir verməlidir. Bundan sonra ekspert əldə etdiyi məlumatları işci dəftərinə qeyd edir, təqdim olunan sənədlərə möhür vurur və imzasını qoyur. Bu zaman ekspert həmin sənəddə “Ekspertə təqdim olunub” sözünü yazır.

Ekspert özünün işci dəftərində sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin soyadını, adını və atasının adını yazır ki, sonra aktın yekununda imza edə bilsin. Əgər razılığa gələ bilinməzsə, ekspert özünün fikirlərini ekspertiza aktına əlavə edir.

Daxil olan mal partiyası bütövlüklə mal göndərən təşkilatın qablaşdırma şərtləri pozulmadan ekspertizadan keçirilir. Əgər ayaqqabılar qablaşdırmadan ekspertizaya təqdim olunarsa, yoxlama keçirilmir. Belə halda ekspert nəzərdə tutulan qaydalara əməl etməklə yoxlamanı keçirə bilər.

Gön ayaqqabıların kəmiyyətcə ekspertizası ərəfəsində ekspert yeşikləri açmalı və burada olan ayaqqabıları görməlidir. Bunun üçün 1-2 yeşiyin ağzının eyni vaxtda açılıb baxılması kifayətdir. Vacib hallarda fasilə lazım gələrsə nəqliyyat tarasının açılıb baxılması dayandırılmalıdır. Daxil olan malların tarasının xarici görkəmində yoxlanılması başa çatdıqdan sonra yeşikdə olan malın olub-olmaması nəzərdən keçirilir. Əgər malın tarasında zədələnmə halları aşkar edilərsə, bunu ekspert maddi-məsul şəxsın nəzərinə çatdırır. Yeşik açıldıqdan sonra ekspert ayaqqabıların modelini, markalanmasını və ölçüsünü yoxlayır, ayaqqabılarda mexaniki zədələnmələrin olub-olmamasını nəzərdən keçirir. Hər bir qablaşdırma vərəqəsi ekspert və sifarişçilərin maddi-məsul şəxsi tərəfindən imzalanır və ekspertiza başa çatdıqdan sonra isə mal alan təşkilatın nümayəndəsinə təqdim olunur. Əgər daxil olan ayaqqabının sayının mal göndərən təşkilatın sənədində göstərilən saya uyğun gəlməzsə, onda ekspert bu barədə akt tərtib olunana qədər Ticarət Sənaye Palatasının ekspertiza şöbəsinin rəhbərinə və yaxud da əmtəə ekspertizası bürosuna məlumat verir. Sayca ayaqqabı olan yeşik xarici və daxili görkəmcə diqqətlə nəzərdən keçirilir. Həmin yeşiyin qablaşdırma vərəqəsində ekspert və sifarişçinin nümüyəndəsi imza qoyurlar. Ayaqqabı cütünün miqdarı və yoxlamanın tarixi qeyd edilir.

Ekspertin təcrübəsində yeşiklərin xarici əlamətlərində malın oğurlanması hallarına da rast gəlinir. Yeşiklərdə mal çatışmazlıqları zamanı onun üzərində bağlanmış lentlərin sındırılıb-sındırılmamasına, yerinin sürüşdürülməsinə ciddi fikir verilməlidir. Yeşiyin üzərinə bağlanmış lent açılıb təkrar yapşdırıla da bilər. Hətta yeşiyin üst tərəfində açılıb-bağlanan qapaqların mərkəzi hassəsindən onun daxilinə nüfuz olunma halları da ola bilər. Bu zaman mal yeşiklərdə boş qalan ayaqqabı qutularının ya deformasiya olunmasına və yaxud da qutunun olmamasına rast gəlinir. Bəzən də yeşiyin ağız tərəfində yapışdırılmış yapışqanlı lent rəngli və formasına görə müəssisə tərəfində yapışdırılan lentə uyğun gəlməsin. Bu zaman ekspert kənar lentin yapışdırıldığı yerindən kəsib götürür. Bu nümunə laboratoriya şəraitində tədqiqatdan keçirilməklə yapışqan növünün dəyişib-dəyişməməsi dəqiqləşdirilir.

Yoxlama ərəfəsində ekspert yeşiyin yan tərəflərindəki metal sancaqların qoparılmasına, sancağın izlərinin dəyişib-dəyişməməsinə ciddi fikir verməlidir. Əgər sancaqlar çıxarılıb yenidən taxılmış olarsa, bu zaman onlarda mütləq deformasiya hamarı olmalıdır.

Ağacdan olan yeşiklərin açılması zamanı ortadan bərkidilmiş metal lentlərin uclarının qıfıl şəklində birləşdirilməsinə, lentin vəziyyətinə, onun dartılması dərəcəsinə, mismarın olu-olmamasına, çıxarılıb yenisinin vurulmasına, daxilinə sərilmiş kağızların olu-olmamasına ciddi fikir verilir. Malın oğurlanması hallarında adətən yeşik qapağının təkrar bərkidilməsi izləri, bərkidici metal elementlərinin əyilməsi və yaxud da əzilməsinə rast gəlinir.

Konteynerlərdə göndərilən ayaqqabıların kəmiyyətcə yoxlanılması qaydası da vardır. Bu zaman ekspert tərəfindən plomblanmış konteynerdəki ayaqqabıların sayı yoxlanılır. Adətən konteynerdəki ayaqqabılara kəmiyyətcə ekspertizanın məqsədi konteynerin və plombun vəziyyətinin yoxlanılmasından, konteynerin açılmasından və malın yerinin sayının müəyyən edilməsindən, konteynerdən boşaldılan ayaqqabının kəmiyyətcə və keyfiyyətcə yoxlanılmasından və ekspertiza aktının tərtib olunmasından ibarətdir.

Yoxlanma prosesində ekspert konteyneri diqqətlə nəzərdən keçirməli, qapağının qıfılının düzgünlüyünü yoxlamalı, zədələnib-zədələnməməsi hallarını aşkar etməlidir. Plombun məlumatları malı müşayət edən sənədin məlumatları ilə uyğun gəlməsini aşkar etmək, baş verən çatışmazlıqlar kommersiya aktında öz əksini tapmalıdır. Konteynerin plombu səliqə ilə kəsilir və konteyner açıldıqdan sonra o, mal alana təhvil verilir. Bu barədə qablaşdırma vərəqəsində malı müşayət edən sənəddə ekspertin işçi dəftərində və ekspertiza aktında qeydlər aparılır. Konteyner açılıb və rütubətdən mühafizəedici kağızı yoxlanıldıqdan sonra ekspert konteynerin doldurulma vəziyyətini müəyyən edir. Konteynerdə islanmış və yaxud da zədələnmiş qutuların olu-olmamasını aşkar edir.

Konteynerdən mal boşaldıqdan sonra onun daxili tərəfi diqqətlə yoxlanır, ekspert işci dəftərində qeyd etdiyi məlumatları qablaşdırıcı vərəqədəki məlumatlarla tutuşdurur. Əgər yeşiyin vəziyyəti malın saxlanılması üçün yararlı deyildirsə, bu zaman ekspert mal alan təşkilatın nümayəndəsinə təklif edir ki, ayaqqabının miqdarını müəyyən rtsin və yaxud da yeşikləri araba-konteynerə yükləyib Ticarət-Sənaye Palatasının ekspertiza şöbəsinin və yaxud da əmtəə ekspertizası bürosunun plombu ilə plomblansın. Bu barədə mütləq malı müşayət edən sənəddə müvafiq qeydlər olunmalıdır. Araba konteynerin açılma müddəti isə mal alan təşkilatın razılığı ilə müəyyənləşdirilir. Sonrakı yoxlanılma qaydaları və ekspertiza aktının tərtibi əvvəl izah edilən qaydada başa çatdırılır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin