Xəz mallarının xassələrinin seçilməsində və qiymətləndirilməsində ən çox yayılmış üsul demək olar ki, alət üsulu sayılır. Bu üsulda xəz mallarının xassə göstəricilərinin təyini ölçü vasitələrinin,cihazların və kimyəvi reaktivlərin köməyilə aparılır. Bu üsul orqanoleptik üsula nisbətən daha obyektiv olmaqla, xassələrin asan mənimsənilə bilən miqdar göstəricilərinin alınmasına imkan verir. Bu üsulu həyata keçirən zaman təsadüfiliyə yol verilmir. Xassə göstəriciləri alət üsulunda dəqiq ölçü vahidlərilə ifadə edilir. Alət üsulunun əsasını metrologiya təşkil edir. Xassə göstəricilərinin təyini üçün olan bu üsul otağın temperaturasına, rütübtinə dəqiq riayət olunmasının, standart nümunələrin hazırlanmasını, cihazların dəqiqliyini, təcrübələrin aparılması üçün standart materialların olmasını və xüsusi hazırlanmış kadrların olmasını tıələb edir.
Laborotoriya şəraitində alət üsulunun köməyilə xəz mallarının təhlil edilən və öyrənilən xassə göstəriciləri əsasən 3 qrupa bölünür: tük örtüyünün xassələri, gön qatının xassələri, hazır məmulatın xassələri.
Əksəriyyət növ xəz-dərilərin xassələri təbii mənşəlidir. Emal zamanı bu xassələr emal edilməmiş xəz xammalında olduğu kimi saxlanılır. Bundan başqa bəzi xassələr emal mərhələsində yaranır.