Üz qatının möhkəmliyinin təyini. Ayaqqabının, geyim və xırdavat məmulatlarının üz materialı üçün istifadə edilən gön materialının üz qatının möhkəmliyini dartılma üsulu ilə təyin edirlər. Təcrübə zamanı təyin edirlər ki, qüvvənin hansı qiymətində gönün üz səthində qat əmələ gəlir. Üz səthinin davamlılığı aşağıdakı düsturla təyin edilir:
Pt / Fsr
Burada, Pt – üz qatda ilk qatların əmələ gəldiyi anda qüvvənin qiyməti, n;
Fsr – nümunənin kəsiyinin sahəsi, mm².
Gönlərin hidrotermiki davamlılığının təyini. Bu göstərici ayaqqabının alt materialı və yuf gönlərinin keyfiyyətinin qiymətləndirilməsi zamanı təyin edilir.
Təcrübə zamanı dartılmada möhkəmlik həddi üçün istifadə olunacaq nümunələrdən istifadə edilir. Nümunələrin bir qrupu çəkicə 10 dəfə artıq olan 20±3º-də olan distillə edilmiş suda 18 saat müddətində isladılır. İsladılmadan sonra nümunələr sudan çıxarılaraq süzgəc kağızı ilə qurudulur və dinamometrdə qırılma həddi P nyutonla təyin edilir.
O biri qrup nümunələr 1 saat müddətində distillə suyunda isladılır. Sonra çıxarılaraq eksikatorda suyun üzərində asılır. Eksikator nümunələri ilə birlikdə hərarəti 60±1ºS olan termostatda 4 saat saxlanılmalıdır. 4 saat keçdikdən sonra nümunələr eksikatordan çıxarılır və 0,5 saat 10 dəfə çəkicə çox olan distillə suyunda saxlanır. Daha sonra nümunələr sudan çıxarılır və süzgəc kağızı ilə qurudularaq dinamometrdə qırılır. Hidrotermik davamlılıq Qu, 60ºS-də saxlanılmış 1 nümunələrdə cırılma həddinin orta qiymətinin 2 nümunələrin cırılma həddinin orta qiymətinə olan nisbətinin (%) deyilir və aşağıdakı düsturla hesablanır:
Dostları ilə paylaş: |