5. Gönlərin çeşidinin, onların aşılanma üsullarının, ilk xammalının və arayışlandırılmasının öyrənilməsi.
Bunun üçün gönlərin əsas təsnifləşdirmə əlamətlərini və ayaqqabı gönlərinin çeşidini, aşılama növlərini, ilk xam materiallarını, gönün konfiqurasiyasını və arayışlandırma xarakterini öyrənirlər.
Gönlərin təsnifləşdirilməsini standartların və dərsliklərin köməkliyi ilə öyrənilərək təyinatına görə sinifləri, qrupları, tipləri və ayaqqabı gönlərinin növləri qeyd edilir.
Gön nümunələrinə baxmaqla onların təyinatı (ayaqqabının üzü və altlığı üçün) və aşılanma növü (xrom, kombinələşmiş, yağlı) təyin edilir. Boyanmış gönlərin aşılanma növü kəsilmiş nümunənin rənginə görə müəyyən edilir. Əksər hallarda boyaq gönün bütün qalınlığına işləmir və daxili qatı aşılanma zamanı alınmış rəngi saxlayır. Kombinələşmiş üsulla alınmış göndə aşılayıcı xrom duzların olması 1 mm qalınlığında gön parçasının yandırılması ilə təyin edilir. Kül ağ kağız üzərinə sürtülür və onun üzərində yaşıl ləkələrin əmələ gəlməsi xrom duzlarının miqdarını müəyyən edir. İribuynuzlu heyvanların dərisindən alınmış gönlərin topoqrafik hissələrini və konfiqurasiyasını öyrənmək üçün aşağıdakılara fikir verilir: bütöv gön, yarıya bölünmüş gön, çeprak, yarım çeprak, ətək, boyun, at dəriləri üçün isə qabaq hissə, yarım qabaq hissə və xəz hissəsi. Gönlərin topoqrafiyasını dəftərə çəkirlər. Gönə baxan zaman müxtəlif topoqrafiya hissələrinin qalınlığına, sıxlığına və dartılmağa qarşı davamlılığına fikir verilir.
Nümunələr və albomlardan istifadə edərək ayaqqabının altı üçün olan gönlərin çeşidini öyrənirlər. Orqanoleptik üsulla ayaqqabının altının bərkidilmə metodlarından asılı olaraq istifadə edilən gönlərin xassələrinin bir-birindən fərqini müəyyən edirlər. Bu gönlərin hazırlanması üçün istifadə edilən xammalın növünü və aşılanma üsulunu qeyd edirlər. Adi və parlaqlaşdırılmış podoş gönlərini müqayisə edirlər. Qalınlıq ölçənin köməyi ilə çeprak hissədə qalınlığı ölçmək üçün standart nöqtəni tapırlar və gönün qalınlığı üzrə hansı kateqoriyaya aid olduğunu təyin edirlər. Xrom gönlərinin toplusundan və nümunələr albomundan istifadə edərək onların çeşidini öyrənirlər. Müxtəlif xammal növlərindən hazırlanmış xrom gönlərinin növlərinə baxılır. Bu zaman gönün hamarlığına, üz hissəsinin bəzəyinə və astar hissəsinin görünüşünə fikir verilir. Gönün mereyasına işıq altında adi gözlə baxılır, sonra isə lupa ilə baxılır. Beləliklə, tüklərin yerləşməsi məsafəsinə və onların müəyyən sahədəki miqdarını təyin edirlər. Xrom gönünün üz səthinə baxmaqla onun xammalının növünü, xassələrinin müxtəlifliyini təyin edirlər. Lak və zamşa gönlərinin çeşidini öyrənərkən onların təyinatını, xammalının növünü, xarici görünüşünü qeyd edirlər. Tüklü səthə malik xrom gönünün zamşadan fərqini öyrənirlər.
İşin axırında nəzarət üçün dəst halında nümunələri götürərək gönün təyinatını, aşılanmasını, ilk xammalını və arayışlandırılmasını təyin edirlər.
Dostları ilə paylaş: |