Baki – 2020 Mövzu Yumurta


Ayaqqabı istehsalında tətbiq edilən toxuculuq materialları



Yüklə 0,9 Mb.
səhifə127/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   123   124   125   126   127   128   129   130   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

3. Ayaqqabı istehsalında tətbiq edilən toxuculuq materialları
Ayaqqabı istehsalında işlədilən parça materialları yüngül, möhkəm, hiqroskopik, yüksək dərəcədə buxar və havakeçirmə kimi qiymətli xassələrə malikdir. Ayaqqabıların hazırlanmasında istifadə edilən toxuculuq materiallarını üç əsas qrupa bölmək olar.

1. Ayaqqabının üzü üçün tətbiq edilən toxuculuq materialları

2. Ayaqqabınların daxili üçün tətbiq edilən toxuculuq materialları.

3. Ayaqqabıların aralıq hissələri üçün işlədilən toxuculuq materialları.

Ayaqqabı istehsalında işlədilən toxuculuq materiallarını lif tərkibinə görə pambıq, yun, toxunmamış materiallara ayırmaq olar. Toxuculuq materialları məişət və idman təyinatlı müxtəlif ayaqqabıların istehsalında işlədilir.

Üzü parçadan olan ayaqqabılar yüngül, rahat, gigiyenik, gözəl, yaraşıqlı və kifayət qədər xidmət müddətinə malik olur. Üz üçün işlədilən parçalara estetik gigiyenik istismar tələbləri verilir. Fiziki-mexaniki və keçiricilik xassələrinə malikdir.

Ayaqqabının astarlığı üçün toxuculuq materialları seçilərkən ayaqqabıların təyinatı, hansı mövsümdə və şəraitdə istifadə edilməsi nəzərə alınmalıdır. Astarlıq üçün işlədilən toxuculuq materialları içərisində pambıq parçalar çoxluq təşkil edir.

Aralıq hissələr üçün olan parçalar cod, sıx, cırılmaya qarşı yüksək dərəcədə davamlı olduqca az uzanan və başqa xassələrə malik olmalıdır. Ayaqqabıların aralıq hissələrində ən çox bamazi-kord, xüsusi dioqanal, xam bayka, üçqat kirza, raventux (kətan), xam bez və mitkal kimi parçalardan istifadə olunur.

Ayaqqabı sənayesində toxunmamış materiallardan müxtəlif təyinatlı ayaqqabıların üzü içliyi-astarı və qeyri-hissələri üçün istifadə olunur.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin