|
|
səhifə | 121/307 | tarix | 10.05.2022 | ölçüsü | 0,9 Mb. | | #57268 | növü | Mühazirə |
| 2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Yalançıq ilmələr. Bu qüsur ayrı-ayrı ilmələrin pozulmasından ibarət olur və iynələrin qeyri-düzgün işləməsi nəticəsində baş verir.
Platir qüsuru. Bu qüsur örtüklü hörmə üsulunda hazırlanan trikotajda astar saplarının üzə çıxması deməkdir.
Boyaq qüsuru. Bu qüsur məmulatın ayrı-ayrı hissələrinin müxtəlif rənglərə çalması və məmulatda zolaq və ləkələr olması deməkdir.
Ləkə. Bu qüsur trikotaj məmulat üzərində müxtəlif səbəblərdən, məsələn, polotnonun kifayət qədər qaynadılmadığından, ehmal hərəkət edilmədiyindən, yağ sıçramasından, pis keyfiyyətli boyaqdan və s. hallardan əmələ gələ bilər.
Dostları ilə paylaş: |
|
|