Ilməaddımınınböyüklüyününvəilməsırasınınhündürlüyününtəyini. Bir ilmə sırasının iki qarışıq ilmənin oxu arasındakı məsafəyə ilmə addımı (A) deyilir və aşağıdakı düsturla hesablanır (mm-lə).
A = 50 / Sü
Üfüqi istiqamətdə sıxlıq çox olarsa, ilmə addımı bir o qədər az olar. Bir ilmə sütununun iki qarışıq ilmənin oxu arasındakı məsafəyə ilmə sırasının hündürlüyü (h) deyilir və aşağıdakı düsturla hesablanır (mm-lə).
H = 50 / Sş
Trikotajınqalınlığınıntəyinedilməsi. Trikotajın qalınlığı onun toxunmasından, ipliyin nömrəsindən və trikotajın sıxlığından asılıdır. Qalınlıqdan trikotaj polotnosunun təyinatı asılıdır. Trikotajın qalınlığı məmulatın istisaxlamasına və möhkəmlik xassələrinə və onların tikilməsi texnologiyasına təsir edir. Trikotaj polotnosunun qalınlığını parçalarda olduğu kimi xüsusi qalınlıq ölçən cihaz ilə ölçüb təyin edirlər. Polotnoya təzyiq 10q/sm²-dən çox olmamalıdır.