Mövzu 15. Trikotaj mallarının keyfiyyətinə verilən tələblər, əsas keyfiyyət göstəriciləri və keyfiyyətinin ekspertizası
Plan:
1. Trikotaj dəyişək məmulatlarına qoyulan ümumi tələblər və onların istehlak xassələri
2. Trikotaj dəyişək məmulatlarının keyfiyyətinin qiymətləndirilməsi metodları.
3. Xarici görünüşündəki nöqsanlara əsasən trikotaj məmulatlarının keyfiyyətinin ekspertizası.
4. Trikotaj mallarının faktiki sayına görə ekspertiza aktının tərtib edilməsi. Ekspertiza nəticələrinin tərtibatı.
1. Trikotaj dəyişək məmulatlarına qoyulan ümumi tələblər və onların istehlak xassələri
Buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi və çeşidinin yeniləşdirilməsi ölkənin iqtisadi inkişafının zəruri şərtlərindən biridir. Sənaye tərəfindən buraxılan bütün mallar, o cümlədən trikotaj mallarıda müəyyən tələblərə cavab verməlidir. Keyfiyyətə verilən tələblərə əhalinin maddi və mənəvi səviyyəsindən, malın təyinatından, xammal ehtiyyatlarından, istehsalın texniki-iqtisadi imkanlarından çox asılıdır. Xalq istehlakı mallarına cari, perispektiv, ümumi və spesifik tələblər verilir.
Cari tələblər həmin dövrdə satışa daxil olan mallara verilən tələblərdir. Bu tələblər irəli sürülərkən ölkənin sosial-iqtisadi inkişafı, istehsalın texniki-iqtisadi imkanları və s. şərtlər nəzərə alınmalıdır. Cari tələblər dövrü olaraq nəzərdən keçirilir və dəyişdirilir.
Perispektiv tələblər malın keyfiyyətinə verilən nisbətən geniş və yüksək səviyyəli kompleks göstəricilərin cəmindən ibarətdir. Keyfiyyətə verilən cari tələblər həm də perispektiv tələblərin əsasını təşkil edir. Elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq perispektiv tələblər cari tələblər qrupuna keçir və standart üzrə sənədləşdirilir.
Malların keyfiyyətinə verilən ümumi tələblər cari və perispektiv tələblərdən fərqli olaraq malın təyinata uyğunluğunu, istifadəyə yararlılığını, insan üçün zərərsizliyini, insan orqanizmində normal həyat fəaliyyətinin təmin edilməsinin müəyyən olunmuş müddət ərzində istismar zamanı davamlılığı və etibarlılığı təmirin mümkünlüyünü, sadəliyini, estetik və erqonomik tələbləri özündə cəmləşdirir.
Trikotaj məmulatlarının bütün istehlak xassələri üç qrupa bölünür: utilitar, estetik və etibarlılıq.
Utilitar xassələr – adamların tələbini ödəyən xassələrin məcmusudur. Utilitar xassələr trikotaj məmulatlarında, onların gigiyenikliyini və istifadə rahatlılığını xarakterizə edən erqonomik xassələrə uyğun gəlir.
Trikotaj məmulatlarının gigiyenikliyini xarakterizə edən əsas xassələrinə zərərsizliyi, isti saxlanması, hava və buxar keçirməsi, hiqroskopikliyi, kütləsi, rəngi və çirklənməsi daxildir.
Ölkəmizin standartlara əsasən bütün trikotaj məmulatları insan sağlamlığı üçün zərərsiz olmalıdır, il ərzində müxtəlif hava şəraitində kimyəvi maddələr və kənar qoxular ayırmamalıdır.
Trikotaj məmulatlarının isti saxlaması onların hava keçirməsindən, paltarın təbəqələri sırasındakı havanın miqdarından və ara qatının qalınlığının sabitliyindən asılıdır. Hava keçirmənin azalması ilə qış təyinatlı paltarın isti saxlanması artır.
Insan dərisi vasitəsilə fasiləsiz olaraq oksigen udur və karbon qazı ayrılır. Paltar altında karbon qazı 0.08% olduqda insan özünü pis hiss edir. Insan dərisinin səthi onu əhatə edən mühitə daima buxara oxşar rütubət buxarlandırır, ki bu da geyim altında uyğun rütubət yaradaraq əksər hallarda komfortluğu təyin edir. Buna görə də karbon qazının və buxara oxşar rütubətin xarici mühitə verilməsi tez olmalıdır.
Insan dərisindən yalnız buxara oxşar deyil, tər halında damcı-maye rütubətdə ayrılır. Təribədənin səthindən ayırmaq və normal istilik verməni əmələ gətirmək üçün trikotaj polotnosu lazımi hoqroskopikliyə və rütubət tutumuna malik olmalıdır. Xətt məmulatın ümumi konturunu (siluet) və onun ayrı-ayrı detallarını yaradır.
Trikotaj məmulatlarında siluet əsasən çiyinin hündürlüyü və eni, bel xəttinə görə fiquraya oturması, məmulatın uzunluğu, onun aşağısının eni, qolunun uzunluğu ilə xarakterizə olunur.
Trikotaj məmulatlarının kompozisiyasında material və onun xassələri; möhkəmlik, dartılma, elastiklik, kütlə, sıxlıq, yığılma və s. böyük əhəmiyyətə malikdir. Trikotaj məmulatlarının modelini seçdikdə materialın bu xassələri nəzərə alınması onun forması və xarici, estetik görünüşü pisləşər və geyilmə zamanı xidmət müddəti azalar.
Bəzək-həmişə trikotaj məmulatını tikmə, beyka ilə bəzək, applikasiya, xəz, gön, zamşa, tesma, furnitura və s. bəzəyir. Paltarda ritm kompozisiyasının elementlərinin ardıcıl qanuna uyğun bir-birini əvəz etməsi və onlar arasında interval deməkdir. Ritm məmulatın kompozisiyasında siluet xətlərində, konstruksiyasında, dekorativ elementlərində, rəngində və s. aşkara çıxa bilər. Paltarda ritmin pozulması kompozisiya bütövlüyünü pozur və onun estetik qiymətini pisləşdirir.
Üslub istiqaməti - bu trikotaj məmulatlarını və onun xassələrinin moda və üsluba uyğun olmasıdır. Parçadan olan tikili məmulatlardan fərqli olaraq trikotajda moda tez-tez dəyişir. O, daha çox sabitdir, bununla bərabər daha çox elastikdir. Parçadan olan paltarda siluet, forma, fason əsas rol oynayırsa, trikitajda modanın bu amilləri əsas sayılmır.
Trikotaj məmulatlarının funksionallığı formanın, rəngi, naxışın, bəzəyin uyğunluğu, polotno və furnituranin xassəsi, istehlakçının cins və yaşından asılı olaraq təyinatı, onun fəaliyyətinin növü, əhatə mühiti, iqlim şəraiti, istismar edilən rayon və s. ilə xarakterizə olunur.
Etibarlılıq - trikotaj məmulatlarının mürəkkəb kompleks xassələrindən ibarət olub, bunlardan əsasları uzun müddət yararlılıq, təmirinin mümkün olması və müntəzəmlilikdir. Ümumiyyətlə, bunları rədd etmək meydana çıxana kimi bir-biri ilə əlaqədardır, bu da trikotaj məmulatlarının utilitar və estetik xassələrinin görünüşünün dəyişməsi, tam yaxud bir hissəsini itirməsi ilə nəticələnir. Trikotaj məmulatlarında rədd etmə onun ayrı-ayrı xassələrinin azalmasından ibarətdir.
Trikotj məmulatlarının müntəzəmliliyi ilk növbədə məmulatın fiziki-kimyəvi, kimyəvi, termiki və başqa təsirlərə, yuyulmağa, təmizlənməyə və s. davamlılığından asılıdır.
Məmulatın təmirinin mümkün olması – bu məmulatı rədd etmədən yaxud zədələndikdən sonra təmir olunmasıdır. Trikotaj məmulatlarının təmir olunmasını onun modeli, konstruksiyası, detallarının birləşdirilməsi, polotnonun hörülmə növü və geyilmə zamanı onun dağılma dərəcəsi təyin edir.
Saxlanma – trikotaj məmulatları öz xassələrini saxlanma və daşınmaya qədər və sonra da saxlayır.
Trikotaj məmulatlarının saxlanması əsasən materialların saxlanmasından və məmulatın detallarıın birləşdirilməsindən asılıdır və istehlak xassələrinin orta müddətə saxlanması ilə xarakterizə olunur.
Uzunömürlülük – trikotaj məmulatları öz istehlak xassələrini uzunmüddət istismar zamanı saxlayır. Trikotaj məmulatlarının uzunömürlülük parametirləri onların xidmət müddətidir. Uzun ömürlülük məmulatın saxlanma, daşınma və işlədilmə şəraitinin dəyişməsi zamanı əmələ gələn dəyişiklikdən asılıdır. Trikotaj məmulatlarının istehlak xassələrinin bu şəraitdə dəyişməsi (pislənməsi) köhnəlmə adlanır ki, bu da fiziki (material) və mənəvi (sosial) olur.
Fiziki köhnəlmə - xarici amillərin: mexaniki (sürtünmə, əzilmə, dartılma, burulma və s.), fiziki-kimyəvi (rütubət, temperatur, turşu, qələvi,işıq və s.), bioloji (bakteriya, köbələk və s.), saxlanma, daşınma, istismarın təsiri altında əmələ gələn materialın dağılması məmulatın istehlak xassələrinin itməsinə səbəb olur ki, bu da fiziki köhnəlmə adlanır.
Mənəvi köhnəlmə trikotaj məmulatlarının istehlak xassələrinin estetik və sosial nişanələrə görə bir hissəsinin yaxud tam itməsindən ibarətdir (formasının, xarici görünüşünün, materialının hörülməsinə, fakturasının, rənginin, naxışının köhnəlməsi, modaya uyğun olması və s.).
Sənaye tərəfindən hazırlanan trikotaj geyimlərinin əhəmiyyətin istehlak xassələri məmulatın ölçü məlumatlarına (eni, uzunluğu), bu və ya digər region istehlaklarının bədəninin ölçü nişanələrinə və formasına uyğun olmasıdır. Trikotaj məmulatlarının elmi əsası əhalinin ölçü-boy texnologiyasıdır.
2. Trikotaj dəyişək məmulatlarının keyfiyyətinin qiymətləndirilməsi metodları.
Trikotaj dəyişək məmulatlarının keyfiyyətinin qiymətləndirilməsində orqanoleptik, ekspert, sosioloji, loboratoriya, təcrübəvi sınaq və s. metodlardan istifadə edilir. Onu qeyd etmək lazımdır ki, ekspert və sosioloji metodlar ozüdə müəyyən mənada orqanoleptik üsulun müxtəlif növlərindəndir. Həmin metodların hər birinin üstün və çatışmayan cəhətləri vardır. Bunlardan ən geniş yayılanı və ən sadəsi orqanoleptik metod sayılır. Bu metodla keyfiyyətin təhlili insanın hiss orqanlarının köməyi ilə aparılır. Bu metodda bir çox sadə vasitələrin lupa, xətti ölçmə vasitələri və s. tətbiq edilməsi mümkündür. Bu metodla alınan cavab tez lakin dəqiq deyildir.
Malların keyfiyyətinin laboratoriya metodu ilə təyin olunmasında müxtəlif cihazlardan və kimyəvi maddələrdən istifadə olunur. Bu üsulla alınan cavab dəqiq olur. Laboratoriya təhlili üçün götürülmüş nümunələr təhlildən qabaq azı 24 saat müddətində nisbi rütubəti 65±5% və hərarəti 20±3ºS olan yerdə saxlanmalıdır. Nümunələrin təhlili üçün hazırlanması və biçilməsi qaydaları standartda hər mal qrupu üçün ayrıca olaraq göstərilmişdir.
Laboratoriyada trikotajın ilmə quruluşu, ilmədə sapın uzunluğu, sıxlığı, ilmə addımı və hündürlüyü, toxunmanın növü, 1m² polotnonun sıxlığı və kütləsi, trikotajın dartılmağa və cırılmağa davamlılığı, qalınlığın təyin olunması və trikotaj məmulatının keyfiyyəti qiymətləndirilir.
Dostları ilə paylaş: |